Xəbərlər


"Quş dili"ndə yazılmış yeganə kitab - “Batini-Quran” (I hissə)

“Batini-Quran” kitabı öz mənbəyini İslamda “Batini cərəyanı” adlandırılan və İbrahim peyğəmbərin Həcərdən olmuş oğlu İsmailin gizli elmindən götürmüşdür. Qurana görə İsmail, atası İbrahimlə birlikdə Beytin təməlinin yüksəlməsində iştirak etmiş və buna görə də qədim sirləri bilmişdir. İsmailin “batini” elmi də bu mənada ismaililərin (nizarilərin) elmi kimi qəbul olunmuşdur ki, onlara bu ad dinin qədim sirlərini bildikləri üçün verilmişdir. Ümumiyyətlə, İsmailiyə ideologiyasının əsasını təlimin iki istiqaməti təşkil edir ki, bu da adi insanlar üçün nəzərdə tutulmuş “zahiri” və yalnız seçilmişlər (xass bəglər), yəni Quranda “anlayan tayfa” adlandırılan aqillər nəsli üçün olan “batini” təlimidir. “Batin” adı –Allahın 99 şərəfli adlarından biridir və “örtülü”, “gizli” deməkdir. Onun əksi isə hamıya məlum olan “zahir”dir (aşkar). İsmailiyənin gizli olan batini hissəsi alleqoriyalarda gizlənmiş gizli mənanın – həriflərin və rəqəmlərin mistik izahı ilə bağlıdır.

Россия – страна Хазарских беков или о чём повествует «Книга Велеса»

     «Напрасно забываем мы доблесть прошедших времен и идем неведомо куда»                                                                                                                                                                   («Книга Велеса», Бус. III,1:1) 

Возвращение Богов

   Все это было божественной игрой  между Отцом и Сыном.
                                             Фирудин Гилар Бек 

İnternetdəki məqalələrin orjinalı bu saytlarda:

          Türkce makalelerim....................................   http://gilarbeg.wordpress.com

 

    Книги и статьи ........................    http://gilarbey.blogspot.com/2013/03/bloq-spot.html

 

Son kitab və məqalələrim....  http://gilarbek.blogspot.com/2012/03/batini-quran-azerice.html

 

 

   

Babək bir gizli sirdir, aça bilərsən...

 

Keçmiş ideallarımıza, xalqın fəxr etdiyi müqəddəs səviyyəli qəhrəmanlarımıza ləkəyaxma prosesi bu gün də davam etməkdədir. İndi növbə Babək Xürrəmdinə çatmışdır. Əslini, kökünü və hardan gəlib, hara getdiyini bilməyən insanlar, gündəmdə qalmaq xatirinə yeni-yeni “araşdırmalar” aparıb, ürək bulandırmaqla məşğuldur. Bunların cavabını verməli olan elm adamları isə ortaya tutarlı sübut qoya bilmirlər. Nəticədə isə insanlarımız ruhdan düşür və milli ruhumuz növbəti dəfə sarsıntı keçirməli olur. Bütün bunları nəzərə alaraq Babək haqqında məqalə yazmaq qərarına gəldim və qənaətimi oxuculara təqdim edirəm.