Allah haqqında sufi həqiqətləri
Allah haqqında yazı yazmaq bu dünyada hər bir insan üçün ən şərəfli işdir. Çünki insanı heyvan səviyyəsindən çıxarıb ona ağıl verən, onun həyatına məna verib onu uzun ömürlü edən və öləndən də sonra onun ruhunun minilliklər boyu göydə xoşbəxt yaşamasını təmin edən bir Varlığa insan oğlunun edə biləcəyi başqa bir şey yoxdur. Buna görə də əsrlər boyu bütün kamil yazarlar öz əsərlərini məhz dünyanın tək Allahına həsr etmişlər.
Bu gün bütün dinlər də qəbul edir ki Allah birdir, lakin onun yüzlərlə, minlərlə adları var. Ən qədim mənbələr olan Misir mənbələrinə görə Allahın adları sonsuzdur və bu sonsuz adlara sahib Allah haqqında həqiqətləri bilmək üçün təbii ki, bu yazıların mənbələrinə getmək və ən qədim yazılarda Allah haqqındakı məlumatları öyrənmək lazımdır.
Qədim Misir mətnlərində açıq yazılır ki, dünyada ilk yaranan və mənası heç kim tərəfindən dərk edilməyən Amon Allahıdır. Onun nə Atası, nə də Anası olmamışdır. O Öz-Özünə həyat vermiş və Özünü yaratmış İlahi Varlıqdır. Misirşünas U. Bac “Nesi Amsunun papirusu”ndan etdiyi tərcümələrin birində Amon Allahının, yəni Ra-Əmanın ilkin materiyada zühur etməsi təsvir olunur. Burada yazılır ki, Amon Allahına qədər ilkin materiyada, yəni göydə heç nə yaradılmamışdı. İlk əvvəl Amon Allahının ruhu Xepera Allahı obrazında göylərə “səyahət” (sufilikdə “suluq” – “Allahda səyahət” rəmzi) edərək oranı öyrənmiş, sonra isə ilkin materiyadan özünə dayaq və bütün olanları yaramışdır. Deməli, İslamın Rəhman, qədim misirlilərin isə Ra-Əman adlandırdığı Amon Allahının obrazı – ilkin materiyaya səyahət edən, yəni sufiliyin tərikə yolunu keçən pirin obrazıdır ki, pir rəmzi qədim Misirdə də eyni formada yazılaraq firon mənasını vermişdir.
Dünyanın yaradılışının Geliopol variantına görə, “Dünya” bir-birini əvəzləyən yaranışlarla törənmişdir. İlkin Nun sularındakı təpəyə əvvəl “hər şey” mənasını verən Atum Allahı yüksəlmişdir. O Özündən Şu və Tefnut cütlüyünü, yəni hava və nəmlik rəmzli obrazlarını yaradır. Bunlardan Qeb və Nut, yəni göydəki Qaba Aləm və sistemləşdirilmiş yeni Göy aləmi yaradılır. Onlar isə öz növbəsində Oziri (Osiris), İsida, Set və Neftidanı yaradırlar. Beləliklə, ümumilikdə Atum (Adəm rəmzi) adlanan “Enneadanın Böyük doqquz Allahı” yaranır ki, buna “Ane (Geliopol) şəhərində olan Böyük doqquzluq” da deyirlər.
Lakin bu doqquz Allahın ürək və dili, mənbələrdə Yafət (Apet) kimi qalmış Ptah (Pta – Apa Ata) Allahıdır. İlkin materiyanın, yəni bəşəriyyətə həyat verən və dirilik suyu rəmzində olan bu efirin qanunlarına görə, burada bir şey yaratmaq üçün söz, fikir və əməldən (magik ritual) istifadə etmək lazımdır. Buna görə də Amon Allahı özünü Ptah, yəni Fateh adlandıraraq, “ürəyində əmələ gəlmiş fikri sözlə ifadə edərək” milyonlarla qurban hesabına göydə yaradılanları yaratmışdır. Bu yaradılışın elmi izahı, müəllifi olduğum “Batini-Quran” kitabında dərk edilən formada verilmişdir.
Sufiliyə görə Haqqa, yəni İlahi mühit olan ilkin materiyaya qovuşmaq istəyən türük (türk), tərikə silsiləsinin pillələrini qalxaraq kamilləşir və nəhayət mütləq reallıq olan Həqiqət, yəni “Əsil miskinlik və tam yox olma vadisi” pilləsinə qədəm qoyur. Bu pillə özlüyündə iki fazadan – “fəna” (itirilmə) və “bəqa”, yəni bəglik (əbədi mövcudluq) fazasından ibarətdir. Fəna fazasında türk özü-özünün bu dünyadakı mövcudluğunu hiss edərək İlahi mühitə, yəni ilkin materiyaya (Allaha) qovuşur. Bəqa (baka) fazasında, yəni bəglik səviyyəsində isə o əbədi Allahda olur. Bu səviyyədə o ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Deməli, Amon Allahı məhz Bəqa səviyyəsinə yüksələrək tam kamilləşmiş və ilkin materiyada, ilkin materiyanın özündən Adəmi və s. yaratmışdır.
Qədim Misir mətnlərinə görə, Allahla təmas, yəni Bəqa səviyyəsi Buto/Abtu şəhərində - Abidosda olmuşdur. Abidos rəmzi “Abid-issi” mənasındadır ki, buradakı Abid - bodi (Buto/Abtu) rəmzi sufilikdə “tam kamilliyə çatmış”, “gizli sirləri bilən” və həm də “ev” (bit – beyt) mənasındadır. Sufilikdə «tam kamilliyə çatmış» abidin «ev»i dedikdə insan bədəni nəzərdə tutulur. Əl Fərabi “Sualın mahiyyəti” kitabında Xeyirxahlıq şəhərindən söz açır və bu şəhəri - kamil, sağlam bədəni olan insan kimi göstərir: “Bu insan – kamillik səviyyəsinə çatıb ağıl olmuş və fəaliyyətdə olan təfəkkürə çevrilmişdir. Bu insanın təsəvvür qabiliyyəti təbii üsulla ən ali kamilliyə yüksəlmişdir». Fərabi, fəaliyyətdə olan təfəkkür (“fəal ağıl”) dedikdə ilkin materiyanı nəzərdə tutur. Deməli, “Abidosda Allahla təmas” rəmzi, insanın Bəqa səviyyəsinə yüksəlməsi mənasındadır.
Digər tərəfdən, qədim misir mətnlərində sufiliyin Bəqa rəmzi “Baxu” kimi də yazılaraq Subasma Allahına şamil edilir. Mətnlərdə açıq qeyd olunur ki, Misir torpağı məhz bu Subasma (Nuhun daşqını) vasitəsi ilə yaradılmışdır. “Əhdi-Ətiq”də isə nəzərə çatdırılır ki, “Allah subasma üzərində təntənəli surətdə əyləşdi və O, şah kimi əbədi əyləşəcək” (Bibliya, Ps.28:10). Şumerin Larsa şəhərində tapılan sənəddə isə deyilir: “Daşqın gəldi... Daşqından sonra şah hakimiyyəti Göydən yerə göndərildi”. Subasmanın Babil variantında qeyd olunur ki, su çəkiləndən sonra, insan qurban kəsdi və Allahlar səviyyəsinə yüksəldi. Subasma vasitəsi ilə yaradılmış Misir torpağının digər yerlərdə “Biqe - möminlər adası” adlandırılması və Abidosdaki həyat evi ilə eyniləşdirilməsi onu göstərir ki, göydə yaradılmış bu Misir torpağı (Yuxarı Misir) Amon Allahının ekstatik vəziyyətində yaradılmışdır və s.
Mənbələrdə Ra-Amon Allahı bildirir ki, O qurbanları Abidosda yerləşdirir və burada Allah taxtı üçün su (subasma rəmzi) yaradır. Digər tərəfdən, “torpaq çıxanda”, yəni göydəki Qeb torpağı yaradılanda Amon Allahı Abidosda peyğəmbər olmuşdur və o biri dünyadakı bütün hakimlər də Abidosda yerləşmişlər. Deməli, Amon Allahı sufiliklə - yerdə qurbanlar kəsərək, müxtəlif magik rituallarla Bəqa səviyyəsində, göydə Qeb torpağını (islamda Qeyb), yəni ruhlar aləmini yaratmışdır. Yalnız samitlərin xüsusi məna ifadə etdiyi sufilikdə və qədim misir dilçiliyində Bəqa [BQ] və Qeb [QB] rəmzləri eyni mənalıdır. Məhz buna görə də bu ruhlar dünyası mənbələrdə Biqe/Biqqe (İslamda Bəkkə), yəni Bəqa - “möminlər adası” adlanır. Amon Allahının beynində təsəvvür etdiyi obrazı yaratması prosesini Aleksandriyalı Filon geniş təsvir etmişdir (bax. “Batini-Quran”). Yunan mifologiyasında bu hadisə Zevs Allahının başından kamil vəziyyətində çıxmış Afina kimi göstərilir və s.
Bütün bunlar o deməkdir ki, ilkin materiyanın sirlərini ilk dərk edən qədim Misirin Ra-Əman, yəni Rəhman Allahı - söz, fikir və magik ritualla göydə kosmik insan obrazında Atum Allahını yaratmışdır. Məhəmməd peyğəmbərin də hədislərin birində: “Şəriət - mənim sözlərim, təriqət mənim əməlim, həqiqət isə mənim daxili vəziyyətimdir” deməsi onu göstərir ki, o da Amon Allahının obrazıdır.
Yaradılmış Atum Allahı - dirilik suyu rəmzində olan gözəgörünməz ilkin materiyadan ibarətdir ki, Qeb, yəni Qaba Aləm (Qiblə - Kəbə Eli) və Nut göyü də bu Atum Allahının bir üzvü rəmzindədir. İbn Ərəbi yaradılmış Atum Allahı mənasında olan Adəmi - Amon Allahi ilə ilkin materiyanın vəhdəti kimi göstərir. Sufilər dahisi Qəzali bu kosmik insanı Məhəmməd peyğəmbər kimi təsvir edir. Sufiliyin “Vəhdət əl-Vücud” sisteminə görə isə övliyalar nəsli olan pir, bəg, seyid, şıx və s. Azəri müqəddəsləri məhz bu kosmik insanın prototipidirlər.
Yazdıqlarımızdan belə çıxır ki, Azəri müqəddəsləri olan pir, bəg, seyid, şıx və s. insanlar adi insanlardan fərqli olaraq, ilkin materiyadan, yəni Allah nurundan yarandıqları üçün Atum Allahı kimi Allahla vəhdət təşkil edirlər. Misir tarixçisi Əhməd Əmin Allahla vəhdət haqqında yazır: “Deyəsən əl-Xəlləc tökmə, yəni Allahın insana tökülməsi haqqında danışırdı: yəni o və Allah eyni şeylərdir, bu ona bənzəyir ki, xristianlarda kimsə, su və çaxırın axıb birləşdiyi kimi, İlahi və insani təbiətlərin də axıb birləşməsi haqqında demişdi... və həqiqətən, onun bəzi deyimlərində xristian termini olan “nasut” və “ləhut” terminləri var idi”.
İslamda insanla Allahın vəhdətı deyəndə “xulul” rəmzi ortaya çıxır ki, bu rəmz eyni zamanda “tökmə”, “axma” mənasındadır. Əsasən ifrat şiələrin üstünlük verdikləri “xulul” rəmzi – bir şeyin digərinə keçməsi, digər şeydə təzahürü kimi də mənalandırılır. Şıələr bu mənada Allah ruhunun bilavasitə Əliyə keçməsinə inanırdılar. Xulul rəmzi İslamda “ittihad” – “birləşmə”, “axma” mənasını verən terminlə eyni mənalı hesab olunur. İttihad iki mənada: insani və İlahı mahiyyətlərin birləşməsi (“ittihad əl-ləhut bi-n-nəsut”) və sufinin vəhy zamanı ruhunun və ürəyinin Allahla birləşməsi (fəna, bəqa) mənasında işlənir. Mahiyyətcə eyni olan bu rəmzlərin fərqi ondan ibarətdir ki, sufi – bəqa, yəni bəglik səviyyəsinə müvəqqəti daxil olub çıxırsa, İlahi mahiyyətlərin birləşməsi zamanı (“ittihad əl-ləhut bi-n-nəsut”) sufi birdəfəlik Allahla vəhdət təşkil edir, yəni o bəgə çevrilir ki, bu zaman o ilkin materiya ilə əbədi birləşir. Deməli, “ittihad əl-ləhut bi-n-nəsut” rəmzi, yəni insani və İlahi mahiyyətlərin birləşməsi – insanın Allaha çevrilməsi deməkdir. Quranda (55:26, 27) insani xüsusiyyətlərin fani, Allahın simasının isə baqi, yəni bəg olması nəzərə çatdırılır. Belə çıxır ki, ruslar, qədim iranlılar və s. xalqlar Allah, yəni Boq, Baqa dedikdə Allahla (ilkin materiya) vəhdət təşkil edən bəgləri nəzərdə tuturlar.ittihad əl-ləhut bi-n-nəsut
Mənbələrdə Məhəmməd peyğəmbərin “xalal” (xulul) vəziyyətində, yəni “Allahla vəhdət” vəziyyətində Meymunə adlı qadınla evlənməsi məlumdur. Yəzid bin əl-Assam təkid edir ki, Məhəmməd Meymunə ilə evlənəndə və onunla ər-arvad münasibətinə girəndə “xalal” vəziyyətində olmuşdur. Əbd Allah b. əl-Abbas xəbər verir ki, “Peyğəmbər Meymunə ilə evlənəndə muxrim, yəni ihram vəziyyətində olmuşdur və biz bilirik ki, peyğəmbərin Meymunə ilə evlənməsinin təfsirini, onun bacısı oğlundan daha yaxşı heç kim bilə bilməz”.
Ümumiyyətlə, sufilikdə Həcc dedikdə, insan ruhunun ekstazda, yəni tərikə pillələrini qalxaraq Haqqa nüfuz etməsi və ilkin materiyaya qovuşması nəzərdə tutulur ki, Həcc rəmzi də bu mənada Haqq rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, sufilikdə Həccə getmək dedikdə - Haqqa, yəni Allaha səyahət etmək (suluq rəmzi) nəzərdə tutulur. Sufinin ihram vəziyyəti, yəni ağ parçaya bürünməsi rəmzi də qədim Misirlə bağlıdır ki, mətnlərə görə Allahlar o dünyada ağ parçaya bürünmüş və ağ səndəl geymişlər və s.
Digər tərəfdən, əgər biz nəzərə alsaq ki, Meymunə [MMN] rəmzi sufilikdə Ümman [MMN], yəni kosmik sular mənasında olan ilkin materiya ilə eyni mənadadır, razılaşarıq ki, Məhəmməd peyğəmbərin xulul vəziyyətində Meymunə adlı qadınla evlənməsi, mənbələrdə Ammon (Kitabi-Dədə Qorquda Umman) kimi də qeyd edilən Amon Allahının ilkin materiya ilə birləşməsi mənasındadır. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər adi insan yox, Ra-Amon Allahının obrazıdır. Quranda (24:35 və s.) Allah nurunun Məhəmmədə verilməsi və ibn Ərəbinin bu nuru “Həqiqə Məhəmmədiyə” ilə, yəni Haqq-Məhəmməd ilə əlaqələndirməsi və Məhəmməd rəmzinin sufilikdə “Midiya maqı” mənasını verməsi onu göstərir ki, Məhəmməd obrazı həqiqətən də Rəhman Allahının obrazıdır.
Mənbələrdə Xəlil [XLL] kimi də qeyd olunan Xulul [XLL] rəmzi Şumer-Akkad mifologiyasında Kululu kimi yazılır ki, bu da yeraltı dünya okeanında səyahət edən yarıinsan, yarıbalıq rəmzli insan ruhu mənasındadır. İslamda balıq – Allahın rəmzidir. Allahın “göyləri yaratmazdan əvvəl harda olub?” sualına Tasusdan olan Manusa - “işıqda üzən, nur saçan balıqda” cavabını vermişdi. Qədim Misir sarkofaqlarında və s. rəsmlərdə bu balıq Abtu (Bodi/Abidos rəmzi) adlanır və Günəş Allahının qayığının qarşısında üzür. Hədislərin birində isə nəzərə çatdırılır ki, “[göydəki] Torpaq öküzün buynuzunda, öküz balıqda, balıq suda, su havada, hava isə nəmlikdə dayanır və nəmlikdə bilənlərin biliyi hüdudlanır”.
Xulul [XLL] rəmzi çin mənbələrində Qolelu, Kololu [QLL/KLL] adlandırılaraq türklərin Xallux tayfasına aid edilir. Kaşqari bu tayfanı türk dünyasının şərqində yerləşdirir. Mənbələr Qolelu/Xallux tayfasını Karluk adlandırıb onları Gel tayfası hesab edir. Rəvayətə görə Yafətin törəməsi olan Xallux doqquz-oğuz ölkəsinə keçəndən sonra Yabaku, onun tayfası isə Yabaku-Xallux adlanmağa başladı. Doqquz-oğuz rəmzi qədim Misirdə “Ane (Geliopol) şəhərində olan Böyük doqquzluq” adlandırılan “Enneadanın Doqquz Allahı” mənasındadır. Belə çıxır ki, Doqquz-oğuz ölkəsi dedikdə göydə yaradılmış ruhlar dünyası, yəni Biqe – bəglərin “möminlər adası” başa düşülməlidir.
Oğuz [ĞZ] rəmzi qədim Misir yazılarında “KZ” kimi yazılır və misirşünaslar Erman və Frankfort bu rəmzin “həyat enerjisi”, yəni ilkin materiya mənasında olmasını yazmışlar. Yunan mənbələrində Xaos [XS] kimi qeyd olunan bu rəmz xristianlıqda Aqios/Aqiazo [QS/QZ] kimi yazılaraq “müqəddəs” mənasını verir. Yəhudi dilinə tərcümədə bu rəmz kodeş, yəni müsəlmanların Kuddus (Kadus) rəmzinə aid edilir ki, bu da Oğuzun Midiya kadusları (müqəddəsləri) olan pir, bəg, seyid, şıx və s. nəsli olması deməkdir. İbn Xordadbeh, Tuquzquz şahının hündürlükdə, yəni göydə qurduğu və yüz nəfər tutan qızıl çadırından danışır ki, onların yaxınlığında oda tapınan maqlar yaşamışlar. Bu isə o deməkdir ki, Yabaku rəmzi “Ya-Bəg” mənasında Oğuz bəglərinə aiddir və Allahla vəhdət təşkil edən Yabaku-Xallux, yəni Bəg-Xəlil türklərinin vətəni də Midiya maqlarının eli olan Azərbaycandır. Hürufi deyimlərinin birində də nəzərə çatdırılır ki, “Vəhdətin Günəşi ilk kəs Azərbaycanda görünmüşdür”.
Xristianların Aqios rəmzi eyni zamanda Allah mənasını verən Qospod [QS-PD] rəmzi ilə də bağlıdır və sufilikdə bu rəmz “Aqios-Pta” [QS-PT] kimi açıqlanır ki, bu da “Oğuz-Yafət” [ĞZ-FT] mənasındadır. Belə çıxır ki, xristianların Allahları - türklərin əcdadı olan Yafətdir. Həqiqətən də Gültəkin, Mogilyan qədim türk abidələrində “göyəbənzər, göydə yaranmış türk xaqanı” iddia edir ki, – “Mən Tanrı tək Tanrı yaratmış” və “Tanrı tək Göydə yaranmış” bilici türk xanıyam.
Xallux [XLLX] rəmzinin Xulul/Qolulu [XLL/QLL] və s. kimi yazılışı onu göstərir ki, sufilikdə ilkin materiyanın rəmzi olan sondakı “X”, yəni “Hu” rəmzi bəzən yazılmır. Mütəxəssislər çoxdan fikir vermişlər ki, “H”, “Q”, “X”, “G” və s. buna oxşar samitlər mənbələrdə bəzən yazılmır. Bu isə onunla bağlıdır ki, ilkin materiya adi gözlə görünmür və onu yalnız ekstatik vəziyyətdə görmək mümkündür. Bu isə o deməkdir ki, Xulul [XLL] kimi oxunan Xallux [XLLX] rəmzini Allax [LLX], yəni Allah kimi də oxumaq olar. Əgər nəzərə alsaq ki, Xulul rəmzindən yaranmış Xəlil rəmzi mənbələrdə Xəlilullah kimi yazılır və Xəlil-Allah mənasını verir, razılaşarıq ki, İslamın “Allah” rəmzi də məhz “ilkin materiya ilə vəhdət” mənasında olan Varlığa aid edilir.
Xristianlarda Xəlil/Xulul [XLL] rəmzi Qaliley [QLL] kimi də yazılaraq İsa peyğəmbərə aid edilir. Belə çıxır ki, xristianların Allahı mənasında olan İsa peyğəmbər də Allahla, yəni ilkin materiya ilə vəhdət təşkil edən peyğəmbərin obrazıdır. Onun mənbələrdə Nazaretli adlandırılması isə İsa peyğəmbərin - paytaxtı Ələmut, yəni Midiya qalası olan Nizari-İsmaili türk bəglərinin nəslindən olması deməkdir.
Xulul [X-L-L] rəmzi, Allah rəmzi kimi [L-L-H] sufilikdə “Hu ilkin materiyasının iki eli”, yəni “iki dünyanın həyat enerjisi” fikrini ifadə edir. “Moyun Çor” türk abidəsində türk xaqanı iddia edir ki, məhz o: “Tanrıda olmuş, il etmiş bilgə müdrik türk xaqanı”dır. Bu o deməkdir ki, məhz türk xaqanı ilkin materiyanı özünə tabe edərək ondan El yaratmışdır. Deməli, Allah dedikdə yerdəki fiziki dünyaya və göydəki ruhlar dünyasına həyat verən Varlıq başa düşülməlidir ki, bu da məhz qədim Misirin Ra-Əman, yəni Rəhman Allahıdır. Çünki, ilkin materiya Rəhmana qədər yalnız bu fiziki dünyanı yaratmışdı. Təqribən 5510 il bundan əvvəl
sə Rəhman Allah, insan ruhunun minilliklər boyu xoşbəxt yaşaması üçün göydə Qeb (Qeyb) torpağını, yəni göydəki Kəbə evini yaratdı. Bu isə o deməkdir ki, Allah rəmzi “iki dünyanın Ağası” fikrini ifadə edir ki, bu da Məhəmməd peyğəmbərin ləqəblərindən biridir.
Xəlul/Qalil rəmzi Gel-eli kimi də izah olunur ki, buradakı Gel rəmzi özlüyündə “Ağa-Eli” mənasındadır. Yazdığımız kimi “X”, “G”, “Q”, “H” və s. oxşar samitlər eyni mənalarda, sufilikdə, müxtəlif ünsürlərə asanlıqla keçən ilkin materiyanın rəmzidir. El [L] rəmzi isə ən qədim dövrlərdən (şumer-akkad. Alu - “icma”, “kənd” və s.) oba, ərazi və s. mənalarda olmuşdur. Şumer-akkad mifologiyasında Qallu/Qal rəmzi ölüm şahlığında yaşayan ruh mənasında olmuşdur. Qalil (Xəlil) [QL-L] rəmzinin digər variantı olan Luqal [L-QL] rəmzi isə - “şah-heğemon”, “sahib”, “ağa” mənasını vermişdir. Bu heğemon-şah özünü “isak” və “patesi” titulları ilə də adlandırır ki, bu da sufilikdə “ağa ruhu” və “Yafət-ruhu” mənasındadır. “Nam-luqal” (sufilikdə Amon-Allah mənasindadır) rəmzi altında isə qədimdə, zaman başlanğıcında göydən emanasiya kimi endirilən və əsrlər boyu bir şahdan digərinə fasiləsiz ötürülən və “Şah siyahısı” təliminin əsasını təşkil edən ilahi, vahid və əbədi “şahlıq” təlimi məlum idi. Mənbələrdə göydən endirilən bu “ilahi bərəkət” nurunun daşıyıcıları İran şahlarının nəsli sayılır. İran şahları dedikdə isə mənbələrdə Aranşah nəsli olan Azəri Gel bəgləri nəzərdə tutulur. Bu da onunla bağlıdır ki, qədim Misir yazılarına görə məhz Gel şəhəri Günəş Allahı Ra-nın vətənidir. Əgər nəzərə alsaq ki, “Piramida mətn”lərinə görə Allahların vətəni Günəşin çıxdığı Şərq ölkəsi, yəni Albaniyadır, razılaşarıq ki, Gel şəhəri də qədim Albaniyanın giriş qapısı olan Midiya dağlarında yerləşməlidir. Məhz buradakı ilkin təpəyə ilk olaraq Atum Allahı yüksəlmiş və “dünya”nın yaradılması prosesi başlanmışdır. Başında ikiqat tac təsvir olunan Atum Allahının mənbələrdə “iki torpağın sahibi” adlandırılması isə, onun, müsəlmanların tək Allahının obrazı olması deməkdir.
“Ölülər kitabı”na görə Geliopoldan çıxan Ptah Allahı indi də yaşayır və məhz burada Osiris, yəni Azər Allahının bədəni uyuyur. Ölənlərin ruhları da məhz burada yeni sima alıb ruhlar dünyasına köçür. Lakin ən maraqlısı odur ki, qədim Misir mətnlərində Biqqe məbədgahındakı Ba Allahı (İslamda Vallah) bildirir ki, “O Geliopolda, yəni Gel şəhərində, bütün olmuş və olacaqların yazıldığı kitabı qoruyur”. Bu isə o deməkdir ki, İslamın “Lövhi-Məhfuz” adlandırdığı Bəkkədəki mühafizə olunan lövhə də məhz burada Allah tərəfindən qorunur.
Xallux tayfa adı yazdığımız kimi mənbələrdə Karluk [KR-LK] kimi də yazılır ki, bu rəmz sufilikdə Herakl (Koroğlu) [HR-KL/KR-ĞL] rəmzi ilə eyni olub – QorGel [QR-GL], yəni Qor Allahının Gel eli mənasını verir. Qədim Misir yazılarında Geliopol şəhəri digər yerlərdə Herakleopol kimi yazılır ki, bu da bu şəhərlərin eyni olması deməkdir. Əgər nəzərə alsaq ki, Quran rəmzi də Qərəə mənasında sufilikdə Qor rəmzi ilə eyni formada yazılır və hədislərdə O (Quran) cəhənnəmə əmr edir, onu oxuyanları himayə edir və s., razılaşarıq ki, Quran - qədim misir yazılarında axirətdə gəlməli olan Qor Allahının obrazıdır və s.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, bütün dillərdə Allah dedikdə, yer üzündəki həyatın səbəbi olan ilkin materiyanı özünə tabe edib, sonsuz qüdrət sahibinə çevrilmiş Ra-Əman (Ra-Amon), yəni Rəhman Allah nəzərdə tutulmalıdır. Bəşər tarixində ikinci belə bir varlıq olmamışdır ki, bu dünyada Allahın gördüyü işlərin milyonda biri qədər iş görsün. Dünyanın bütün kəşflərinin də səbəbi məhz Rəhman Allah və onun əvvəlcədən müəyyən etdiyi “Lövhi-Məhfuz”-dur. Dahi sufi Nəsəfinin yazdığı kimi, Allahın işi - əvvəlcədən müəyyən etdiyi tarixin həyata keçirilməsidir və “Allahın İlahi qüvvəsindən kənar bu dünyada heç nə baş verə bilməz”.
Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir” (www.gilarbeg.com).
Firudin Gilar Bəg
firudin@gilarbeg.com , firudin@rambler.ru