Firudin Gilar Bəg


Qısa tərcümeyi-hal
 
Firudin Gilar Bəg, 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Gilar (ərəb. Cəlair) atabəglərinin nəslindəndir.
 
1970-1980-cı illərdə orta məktəbi, 1980-1985-ci illərdə Azərbaycan Politexnik institutunun Radiotexnika mühəndisliyini bitirmişdir. 1985-1989-cu illərdə Bakı “Ulduz” zavodunda, 1989-1990-cı illərdə isə rabitə sahəsində mühəndis işləmişdir. 1990-cı ildə “Qranit” kiçik müəssisəsini, 1993-cü ildə “Qorqud” partiyasını, 1994-cü ildə isə “Gilar” firmasını yaratmışdır.
 
1994-cü ildən elmi araşdırmalara başlamış və dövri mətbuatda onlarla elmi məqalələr və beş elmi kitab çap etdirmişdir.
 
Ailəlidir, iki övladı vardır.