“Vəhdət əl Vücud” rəmzinin elmi izahı


   İslamın ən sirli rəmzlərindən biri “Vəhdət əl Vücut” rəmzidir. Bu rəmzi tam anlamaq üçün Allahın və onun dininin həqiqi mənasını, onların əsas mahiyətini bilmək vacibdir. Bunları isə bir məqalədə əhatə etmək qeyri-mümkündür. Müəllifi olduğum “Batini-Quran” kitabımda mən bütün bu sistemi tam açaraq hər bir rəmzə ayrıca geniş izah vermişəm. İnternetdəki məqalələrimdə də bu rəmzlər haqda məlumatlar vardır. Bu məqalədə isə İslam tarixində ilk dəfə olaraq Allah və onunla bağlı olan “Vəhdət əl Vücud” rəmzinin qısa elmi izahını verməyə çalışacam.

“Vəhdət əl Vücud” sistemini anlamaq üçün ən əvvəl bilmək vacibdir ki, günəş sistemi hərəkətə gəldiyi zaman, bu sistemdə “ilkin materiya” adlanan eneji yaranmışdır. Eyni zamanda qanun kimi çıxış edən bu enerji beş əsas tərkibdən: işıq, səs, hərəkət, magiyanan «bənzər bənzər yaradar» (C. Frezer görə «homeopatik magiya») və «əlaqədə olmuş cisimlər, ayrılandan sonra da əlaqəni saxlayır» (C. Frezerə görə «kontagioz magiya») qanunlar «məcmu»sundan ibarətdir (bax. “Batini-Quran”). İlkin materiya dörd ünsürə (su, hava, torpaq, od) asanlıqla çevrilən substansiyadır. Lakin ondan çanlı varlıq və ya digər bir şey yaratmaq üçün mütləq bənzər obyekti olmalıdır. Məhşur sufi müqəddəsi Əziz Əd-din İbn Mühəmməd Nəsəfi (XIII əsr), özünün «Zübdad əl-xəkaik» əsərində ilkin materiyanın bəzi xüsusuyyətlərinə geniş şəkildə izah vermişdir.

İlkin materiya, bütün canlılara həyat vermiş, yer kürəsini əhatə edən və burulğanvari formada hərəkətdə olan cövhərdir. Bu enerji-qanunun bir “damlası”nın müəyyən varlığa “düşməsi”, onun yaranmasına və ya canlanmasına səbəb olur. Buna görə də qədim mənbələrdə onu “dirilik suyu”, “İlahi od”, “həyat enerjisi” və s. adlandırırdılar. Qədim Misir mənbələrində bu cövhər, üstü dairəvi olan xaç şəklində göstərilirdi və “anx” adlanırdı. Hər samitin bir rəmz olduğu sufizmdə “anx” rəmzi - “Hu” kimi məlumdur və Allahı bildirir. “Hu” [H] adlanan bu enerjinin hər bir müəyyən “anı” bir varlığa verilən həyat olduğu üçün “An” [N] rəmzi, ən qədim Misirdə mənbələrində, ilkin materiya mənasında -ilkin “Nun” [NN] suları kimi qeyd olunur. Anx rəmzi də sufizmdə “An-Hu”, yəni “Hu-anı”, “Hu məqamı” kimi açıqlanır. Mesopotamiya, Şumer mətnlərində bu rəmz “Ki-Nun” [K-NN] (və ya “Nun-Ki”) kimi qeyd olunur ki, Qanun/Kənan/Xanaan [QNN/KNN/XNN] və s. sözləri bu rəmzdən yaranmışdır.

İslamda Ki-Nun [K-NN] rəmzi Kün [K-N] kimi məlumdur və Allahın “Ol!” əmrini bildirir. Bu isə o deməkdir ki, ilkin materiya, ona verilən əmri həyata keçirən yaradıcı qüvvədir. Kün rəmzi ən qədim mənbələrdə, vahid dillə bağlı olan Saturn Allahının şəhərinə və “başı göylərə çatan” Babil qülləsinə aid edilirdi. Digər mənbələrdə, Marduk Allahının sərdabəsi kimi qeyd edilən Babil qülləsi – “Göy və Yerin təməl evi” adlandırılır və məlumdur ki, ilk insanlar burada “Etemenanki” adlı zikkurat tikilmidilər. Etemenanki [TM-NNK] rəmzi “Atum” [TM] və “Nun-Ki” [NNK] rəmzlərindən yaranmışdır və “ilkin materiyadan yaranmış Atum” deməkdir.

Şumer və Akkadlar da Nun-Ki [NN-K] rəmzini “qüdrət yeri” adlandıraraq Babil qülləsi ilə əlaqələndirirdilər. Deməli, “Allahın qapısı” mənasını verən Babil qülləsi, ilkin materiya adlanan “dirilik suyu”nun yer kürəsinə daxil olduğu yeganə qapıdır və burada, qədim Misirdə Atum adlanan Allah yaradılmışdır.

Qədim Misir mətnlərinə görə, özünü Pta (Yafət) adlandıran firon Amon, söz və magiya vasitəsi ilə, bütün yer kürəsini əhatə edən Atum isimli kosmik ölçülü insan yaradır ki, onun bədəni yerdəki bütün varlıqları əhatə edir. Sonrakı mənbələrdə Atum [TM] adı Adəm [DM] kimi qeyd olunur və bunu tədqiqatçı Devid Rol da xüsusi nəzərə çatdırır.

Bildirmək istərdim ki, yerdəki canlı-cansız bütün varlıqlar ilkin materiyadan yaranmışdır. Daş parçasından tutmuş metala, minerallara qədər hər şey ilkin materiyanın materiallaşmasından əmələ gəlmişdir. Bu gün artıq məlumdur ki, cisimlərin də energetik sahələri vardır və bu sahələr, ilkin materiyanın və onun tərkib hissəsi olan işığın sürətinin azalması ilə yaranmışdır. Canlılarda bu sahə ruhla bağlı olan sinir sistemidir və ruhun bədəndən çıxması ilə canlı məhv olur. Deməli, yer kürəsindəki bütün varlıqlar ilkin materiyanın materiallaşmasından əmələ gəlmişlər. Başqa sözlə desək, hər şey ilkin materiyanın müəyyən şəraitdə təsirə məruz qalması ilə yaranmışdır. Belə çıxır ki, hər bir varlıq, sufilərin Hu adlandırdıqları və Allah mənasında olan ilkin materiyadan ibarətdir. Quranda (2:115) bu fikir belə qeyd olunur: “Şərq də, Qərb də Allahındır: hara yönəlsəniz Allahın zatı oradadır. Şübhəsiz ki Allah hər şeyi əhatə edəndir, hər şeyı biləndir”. Bu isə o deməkdir ki, sufilər dahisi Mühiddin ibn Ərəbi - “hər şey Allahdır“ dedikdə – “hər şey ilkin materiyadan ibarətdir” və ya “hər şey ilkin materiyadır” fikrini nəzərdə tutur.

İbn Ərəbi, özünün “Füsus ül Hikəm” kitabında yazır ki, Allah, bütün saylardan artıq olan Öz şanlı adlarının sahibi kimi, onların təcəssümünü (əyan), mövcudluq atributunu daşıyan yığcam bir varlıqda görmək və onun vasitəsi ilə Özü üçün Öz sirrini açmaq istədi. Buna görə də ilk əvvəl Böyük İnsan, yəni kosmik ölçülü Adəmi yaratdı. Sonra bu Adəmə nəfəs vermək üçün ilkin materiyanın ona axmasını (fəyd rəmzi) təşkil etdi. Təsəvvüf arifləri bunu “məxfi xəzinə”adlandırırlar: “Mən gizli bir xəzinə idim, bilinməyə meyl etdim, “Xəlq edilmiş”i bilinmək üçün yaratdım. Beləcə özümü onlara tanıtdım, onlar da məni tanıyaraq, bildilər”.
Ərəbinin yazdığından belə çıxır ki, firon Amon öz formasında Böyük İnsan (Kəbir) yaratmış və məhz onu Adəm adlandırmışdır. Adəmin, Allahın bütün adlarının təcəssümü və bütün varlıqları əhatə edən ilkin materiyadan ibarət olması, onun Allahla eyniliyi deməkdir. Ərəbi də, yaradılmış bu kosmik Adəmi - Xəlq edilmiş adlandırır və Allahla eyniləşdirir. Burada əsas məsələ ondadır ki, əgər ilkin materiya firon Amona qədər təbii şərait nəticəsində varlıqları yaradırdısa, Adəm formasını alan ilkin materiya artıq varlıqları firon Amonun istəyi ilə yaratmağa başlayır. Deməli, Adəmin yaranması ilə ilkin materiya bilavasitə firon Amonun istəyinə tabe olur. Belə çıxır ki, mənbələrdə Allah deyəndə, ilkin materiya ilə Xəlq edilmişin, yəni Adəmin vəhdəti nəzərdə tutulur. Tədqiqatçılar bildirirlər ki, dərvişlərin təliminə görə də dünya – özünü daxildə yaratmış Allah özüdür: «Kainat – Allahın öz varlığına saldığı nəzərin məhsuludur. Kainatın məhsulu isə, Allahın özündə gördüyü yoxluq və varlıqdır. Kainatın məhsulunda o özünü təbiətin hər bir varlığında – varlığı əks etdirən güzgüdəki kimi gördü».

Qədim Misir mətnlərinə görə, ilk əvvəl firon Amon ilkin materiyadan göydə Ra günəş diski yaradır. İl tamam olduqda artıq ilkin materiyadan yaranmış Ra diski göydə nur saçırdı. Firon Amon öldükdən sonra isə, onun ruhu göyə qalxaraq bu Ra disklə birləşir və beləliklə Ra-Amon (Ra-Əman) Allahı yaranır ki, İslamda bu rəmz Rəhman adı ilə də məlumdur. Misir yazılarına görə Adəmin, yəni Atum Allahının siması elə Ra günəş diskidir. Hürufi deyimlərinin birində Ra günəş diki “Vəhdətin Günəşi” adlandırılır: «Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və ermişlərin (müqəddəslərin) parıldayan almazıdır». Deməli, sufilər “vəhdət” deyəndə, ilkin materiyadan yaradılmış Ra günəş diski ilə birləşən firon Amonun ruhunu nəzərdə tuturlar ki, bu da Adəmin siması (başı), yəni onu idarə edən ruhu mənasındadır. Adəm özü də ilkin materiyadan yaradıldığı üçün, onu Allahın Vücudu ilə vəhdət təşkil edən varlıq kimi təsvir edirlər. Bütün bunlar o deməkdir ki, “Vəhdət əl Vücut” rəmzi, Allah mənasında olan ilkin materiyanın Vücudu ilə vəhdət təşkil edən firon Amonun ruhu deməkdir.

İslamda və digər dinlərdə Adəmi yaratmış firon Amonun [MN] adı Amin [MN] kimi qalmışdır ki sufiliyə görə bunlar eyni mənalıdır. Amin (Aminxan) rəmzi dinlərin əksəriyyətində «Allaha şükürlər», «Allah, qəbul elə» mənasını verir. Eyni mənalı “İman” [MN] rəmzi də Amon/Əman [MN] adı ilə eyni mənalıdır. İmanın köklərinin və təməlinin Aməntü [MN-T] adlanması, Allah deyəndə bilavasitə Əman-Atanın [MN-T] nəzərdə tutulması deməkdir. Allahın 99 şərəfli adlarından olan Məni [MN], Mund [MN] adları da məhz Əman [MN] Allahının adı ilə bağlıdır. Əmənullah isminin Əman-Allah mənasında olması yazdıqlarımıza sübut kimi qəbul olunmalıdır.

Tövrata görə Allah Adəmi yaratdıqdan sonra onu qabırğasından Həvvanı yaradır. Bildirmək istərdim ki, sufizm kimi məlum olan dünyanın ən qədim vahid dilində, qadın rəmzi varlığın yaradıcısı (doğması) mənasında ilkin materiyanın rəmzi kimi qəbul edilmişdir. Bu yaradıcılıq qüdrəti yerdə ilk insanlar nəsli olan peyğəmbərlər nəslinə verilmişdir. “Batini-Quran” kitabımdı və məqalələrimdə mən qeyd etmişəm ki, Allah iki növ insan yaratmışdır. İlk insanları Allah özü, Adəmin obrazı ilə qəlibdə yaradılmış və üzərinə dirilik suyu “axıdılmaqla”, onlara ruh verilmişdir. Sayı yüz iyirmi min olan bu ilk varlıqlar, öz növbəsində dulusçu dəzgahında adi insanları yaratmışlar. Deməli, Həvva dedikdə qadın obrazı yox, Allahın xüsusiyyətləri ilə eynilik təşkil edən ilk insanlar nəzərdə tutulmalıdır.

Qeyd etmək lazımdır ki, sufi dahilərindən olam Qəzaliyə görə Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır. İbn Ərəbi, Məhəmməd peyğəmbərin İlahi gücü oyadaraq hərəkətə gətirdiyini bildirir. Deməli, Məhəmməd peyğəmbər Adəm formasında olan kosmik insanın obrazıdır. Onun yerdəki törəməli olan seyidlər, yəni nizari/ənsarilər isə Onun prototipidir. Belə çıxır ki, müqəddəslər nəsli, möcüzələr göstərmək qüdrətinə, onların, Allahın obrazı ilə yaradıldığı üçün sahib olmuşlar. Mənbələrdə, yaradıcı qüdrətə sahib olan bu müqəddəsləri “enareylər” adlandırırdılar. Bu isə o deməkdir ki, bu gün seyid, şıx, bəy və s. adlandırılan Azəri müqəddəsləri Adəmin, yəni Allahı obrazı ilə Vəhdət təşkil edən ilk varlıqların törəmələridirlər.

Allah rəmzindəki “L” samiti ən qədim mənbələrdə el-oba, məmləkət, vilayət mənasında işlənmişdir. Türklərin məşhur «Moyun Çor» abidəsində türk xanı iddia edir ki, məhz O: «Tanrıda olmuş, il etmiş (el yaratmış) bilgə (müdrik) xaqandır”. «Bilgə Xaqan» abidəsidə isə göydə yaradılmış bu el özü Tanrı, yəni Allah adlandırılır: «Tanrı tək Tanrı yaratmış türk Bilgə xaqanı...». Deməli, məhz türk xanı ilkin materiyaya “daxil olmuş” və oranı El-ə çevirmişdir.

Allah rəmzindəki «LL» rəmzləri isə iki El-in, yəni iki dünyanın - yerdəki fiziki aləmlə, Göydəki ruhlar dünyasının birləşməsi mənasındadır. «Kitabi - Dədə Qorqud»da «LL» rəmzi – çadıra aid edilərək «ban al-ala», yəni iki eli birləşdirmiş çadır, aləm mənasındadır. Əhdi-Ətiqdə bu çadır Vəhy çadırı adlandırılır və Allahın sakin olduğu (yəhud. Skiniya) çadır mənasındadır. Əhdi-Ətiqdə «LL» rəmzi - Eleale, El-El, El-Aaal (Allah böyükdür) kimi də yazılır və Xanaan şəhəri ilə eyniləşdirilir.

Xanaan, yəni Kənan rəmzinin “Ki-Nun” mənasında olmasını və Kün [K-N] rəmzi kimi Allahın “Ol!” əmrini bildirməsini mən əvvəldə qeyd etdim. Mənbələrdə bu yerin «Göy və Yerin təməl evi» adlandırılması və «Etemenanki», yəni “Atum” [TM] və “Nun-Ki” [NNK] rəmzlərinin burada biləşməsini nəzərə alsaq, razılaşarıq ki, iki dünyanı birləşdirən Vəhy çadırı elə Atum Allahı, yəni kosmik insan olan Adəm mənasındadır.

Yazdıqlarımızdan belə çıxır ki, İlahi rəmzi – El-Hu, yəni ilkin materiya eli mənasında yerdəki fiziki aləmə aid edilməlidir. Çünki, ilkin mateiya firon Amona qədər yalnız bu fiziki aləmi yaratmışdır. Firon Amon isə yerdəki fiziki aləmdə yeni varlıqlar yaratmaqla bərabər, əlavə olaraq ilkin materiyanın öz daxilində Qeb/Qeyb adlanan ruhlar dünyası yaratmışdır. Bu isə o deməkdir ki, Allah dedikdə əsasən iki dünyanı formalaşdırmış Ra-Amon Allahı nəzərdə tutulmalıdır.

Təsəvvüf elmində insanla Allahın vəhdəti deyəndə «xulul» rəmzi ortaya çıxır. Xulul rəmzi islamda «ittihad» – «birləşmə», «axma» mənasını verən terminlə eyni mənalı hesab olunur. İttihad, yəni «ittihad əl-ləhut bi-n-nasut» rəmzi, insanın, İlahi mahiyyət olam ilkin materiya ilə birləşməsi deməkdir. Bu rəmz, bütün sufi rəmzləri kimi bir neçə mənada işlədilir ki, bunlara mən “Batini-Quran” kitabımda geniş yer vermişəm.

Sufizmdə və ən qədim dilçilikdə, xulul/hulul [XLL/HLL] rəmzləri – Allax/Allah [LLX/LLH] rəmzləri ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, xulul/xəlil və s. bu mənada olan rəmzlər bilavasitə Allaha aiddir. Yəni, İbrahim Xəlilullah dedikdə adi insan yox, Allahın obrazi nəzərdə tutulmalıdır. İslamda Xəlil rəmzi eyni zamanda Məhəmməd peyğəmbərə aid edilir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də Adəmin, yəni kosmik insan olan Atum Allahının obrazıdır.

İslama görə, imam Əli Məhəmməd peyğəmbərin varisidir. Əlinin varis kimi qəbul edilməsi, Məhəmməd peyğəmbərin yerinə, yeni kosmik insan obrazında olan ikinci Adəmin yaranması deməkdir ki, bu da göydəki El [L] mənasında Əli [L] obrazının gəlməsi deməkdir. Mən kitab və məqalələrimdə xüsusi qeyd etmişəm ki, ən qədim mənbələrdə Əli rəmzi El kimi qeyd edilirdi. Tövratda El Allahı Səlim [SLM] şahı adlandırılır ki, bu da elə İslam [SLM] şahı deməkdir. Şumer, Mesopotamiya mənbələrdə Əli mənasında olan El (İl) rəmzi “El-Amurru” kimi yazılaraq Əli-Əmir (Əli –Əmir əl möminin) fikrini ifadə edir. Əgər nəzərə alsaq ki, ən qədim mənbələrə görə Adəmin bədəni eyni zamanda Edem cənnətidir, razılaşarıq ki, yeni yaranan və göydəki El mənasında olan Əli vilayəti də ikinci cənnət mənasındadır. Bu isə o deməkdir ki, axirətdə gəlməli olan Mehdi obrazı, elə nizari şiələrin Allahı mənasında olan İmam Əlinin obrazıdır.


Firudin Gilar Bəg
firudin@gilarbeg.com , firudin@rambler.ru