Atlantida Azərbaycanda mövcud olmuşdur

   

          Qədim dövrün sirli ölkələrindən biri də, ilk dəfə ən yüksək səviyyədə inkişaf etmiş Atlantida hesab edilir ki, bu haqda Əflatun, Herodot, Aristotel, Siciliyalı Diodor və s. müəlliflər yazmışlar. Bu yazılara görə Atlantida adasının yerinin dəqiq təyin edilməsi və onlar haqqında daha geniş məlumat almaq müasir məntiqlə qeyri mümkümdür. Lakin əgər biz qədim yazılara, onları tərtib edən müdriklərin öz məntiqləri ilə yanaşsaq, məlum olar ki, qədimdə baş verən hadisələr mənbələrdə çox geniş surətdə təsvir olunmuşdur və rəmzləri oxuya bilən insan üçün qədimlə bağlı sirr deyilən bir şey yoxdur.
Dövri mətbuatdakı məqalələrimizdə biz dəfələrlə qeyd etmişik ki, bütün qədim yazılar rəmzlərlə yazılmışdır və onları dərk etmək üçün rəmzlər dili olan sufiliyi bilmək lazımdır. Dünyanın ilk dili (vahid dil) olan bu dil mənbələrdə Süleyman peyğəmbərin “quş dili” (“mələklər dili”) adlanır ki, yalnız samitlərin xüsusi məna ifadə etdiyi bu dildə, sözün sağa və sola oxunuşu eyni məna verir. 
Digər tərəfdən, Əflatun “Politik” (269c) əsərində nəzərə çatdırır ki, bütün qədim yazılar da yalnız bir hadisəyə həsr olunmuşdur: “Bütün bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər yalnız bir hadisənin bəhrələridir. Lakin müəyyən zaman müddətində bunların çoxu yaddaşlardan silinmişdir, qalanları isə dağınıq haldadır və onlar haqda ayrıca danışırlar”. Deməli, Atlantidanın sirləri bilavasitə hansısa vahid bir hadisə ilə bağlıdır ki, biz bu haqda demək olar ki heç nə bilmirik.
Əflatun, özünün “Kritiy” əsərində yazır ki, Allahlar dünyanı öz aralarında püşk ilə böldükdə, dəniz Allahı olan Poseydona Atlantida adası düşür. Bu adada Poseydon, ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirir. Əflatun, atlantların yaşadığı bu adanın Herakl sütunlarından o tərəfdə yerləşməsini xüsusi qeyd edir. Herodot (1V/184), atlantların yaşadığı dağı Atlas adlandırır və bildirir ki, bu dağ göyün sütunudur. Homerin “Odisseya” əsərinin birinci mahnısının dəqiq tərcüməsinə görə isə, Atlas yerlə göyü birləşdirən sütunu saxlayır. 
Göyün sütunu dedikdə sufilikdə, qədim Misirin Ra-Amon Allahının sistemləşdirdiyi Nut göyü və orada yaratdığı Qeb torpağını, yəni Kitabi-Dədə Qorqudda “Qaba aləm” adlandırılan ruhlar dünyasını saxlayan sütun başa düşülür. Qədim Misir yazılarına görə Nut göyündə yaradılmış Qeb (islamda Qeyb) torpağını dörd sütun saxlayır ki, bu torpaqda Allahlar, ölmüş möminlərin ruhları həyatlarını davam etdirirlər və hər bir halal insan ora düşmək üçün çalışır. İslamda Qeb rəmzi eyni zamanda Kəbə kimi, dörd sütun (Əsvad, İraq, Şam, Yəmən) isə “ərrükn” (ərkan) kimi məlumdur. 
Quranda (89:7) “sütun” rəmzi “sütunlar şəhəri” kimi qeyd edilir və mistik İrəm zat əl-İmad şəhərinə aid edilir. Sanadan (Yəmən) olan  “məcnun şair” – Əbdül Həzrətin “Əl Əzif” (”Nekronomikonun sirri”) kitabına görə İrəm zat əl-İmad şəhəri fiziki yerdə yox, digər ölçü məkanında, ilk yaradılmış varlıqlar tərəfindən tikilmişdir. Bu yer Böyük boşluğun gizli qapısı sayılır və məqrib cadugərləri bura şüurun dəyişmiş vəziyyətində girirlər. Rəvayətlərdə isə bildirilir ki, İrəm zat əl-İmad şəhərini, Ad oğlu Şəddadın əmri ilə yəhudilərin “nefilim” (nəhəng) adlandırdıqları cinlər tikmişlər. 
“Sütunlar şəhəri” dedikdə qədim Misirdə, fironların “Günəş şəhəri” olan Geliopol nəzərdə tutulurdu və bu “Geliopol sütununa” bayramlarda səcdə edilirdi. Quranda (38:12, 89:10) da sütunların sahibi firon sayılır və qeyd olunur ki, firon - “zu-l-autad” – “çadırlar, sütunlar sahibi”, yəni möhkəm dayanmış tikililər sahibidir. Kitabi-Dədə Qorqudda da sütunlar firona aid edilir və nəzərə çatdırılır ki, “yerdən çıxan firon şişləri”ni (sütunlarını) saxlayan Qazan xandır. Mənbələrdə bu sütun eyni zamanda Xozroya (Xosrov) aid edilir (“Xozroy sütunu”) ki, Xozroy rəmzi [XZR] ölümsüzlük qazanmış Xızır [XZR] rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, Herakl, Atlas, Qazan xan, Xızır və s. obrazlar Misir fironunun obrazlarıdır.
Fironun “çadır”ların da sahibi olması, bizim yadımıza göydən ilahi od gətirmiş Musa peyğəmbəri salır. Belə ki, Tövrata görə Musa peyğəmbər “vəhy çadırı” yaratdığı zaman, Allah onların qarşısında gündüz bulud sütunu formasında, gecə isə odlu sütun formasında gedirmiş (Bibliya, İsx.3:21, 40:39,40, Çis.9:15-23). Əgər nəzərə alsaq ki, vəhy - ekstatik vəziyyətlə bağlıdır, razılaşarıq ki, “vəhy çadırı” dedikdə ekstatik vəziyyətdə ilahi oddan (ilkin materiya) yaradılmış çadır nəzərdə tutulmalıdır. Qurana (37:97, 2:125-128, 27:8) görə bu od Kəbə evindədir və Allah buranı təhlükədən uzaq xoşbəxt ölkə etmişdir. Məşhur sufi ibn Ərəbi isə bildirir ki, “Baldırın açılacağı o gün”, yəni Allah haqqında sirlərin hamıya məlum olacağı axirət günündə, Allaha inananlar bu ilahi oda girəcəklər və xoşbəxtlik tapacaqlar. İnanmayanlar isə etdiklərinin cəzasını görəcəklər.
Qədim mənbələrə görə çadırın (“vəhy çadırı”) yaradıldığı Geliopol, yəni Gel şəhəri Yaqub peyğəmbərin ailəsinə verilmişdir. Tövrat yazır ki, Yaqub başının altına bir daş qoyub yatır və ilahi yuxu görür. Oyanandan sonra bu yeri “Betel” (əl-Beyt) adlandırır və bildirir ki,  “bura Allah evindən başqa bir şey deyildir, bura göyün qapılarıdır!”. Xanaan torpağında sahə alaraq orada “öz çadırını” quran Yaqub, burada qurbangah düzəldib Allahı çağırır (Bibliya, Bıt.28:2-4, 27:17-19, 33:18-20). Digər tərəfdən, Yaqub gecələrin birində sübhə qədər Allahla tutuşur və Allah onu İzrail (Oziri/Azər Eli) adlandırır (orada 32:30). Yaqubun “Betel”də, yuxuda Allah evini, göyün qapılarını görməsi və onun Allahla tutuşması, Yaqubun ekstaz vəziyyətində qurban ruhlarından göydə Qeb (Qeyb) aləmini yaratması və yerə ilkin materiya (Oziri-Azər odu) gətirməsi mənasındadır. Bu haqda daha geniş məlumat müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir. Qədim Misir yazılarında da Oziri/Osiris rəmzi bilavasitə sütunla əlaqələndirilir və bildirilir ki, axirətdə o öz sütununda bərqərar olacaqdır və s.
Yazdıqlarımızdan belə çıxır ki, Atlantida - Misir fironu tərəfindən göydə yaradılmış ruhlar dünyasının rəmzidir. Xüsusi olaraq nəzərə çatdırmaq istərdik ki, qədim Misir mətnlərində gözəgörünməz ruhlar dünyasındakı həyat, görünən maddiyyat kimi təsvir olunur (“İstoriya drevneqo Vostoka”, 2-ci cild, M.1988, səh. 378). Buna görə də araşdırıcılar bəzən mənbələrdə söhbətin hansı dünyadan getdiyini dərk etməkdə çətinlik çəkirdilər.
Atlas [TLS] rəmzi sufilikdə Tilos/Delos [TLS/DLS] rəmzləri ilə eyni olub “Tala issi” mənasında “Allah Talanın ruhu” fikrini ifadə edir. Tala rəmzi özü sufilikdə “Ata Eli” mənasında Allahın yerdəki və göydəki elinin (Aşağa və Yuxarı Geliopol) yerləşdiyi yeri bildirir. Araşdırıcı Piter Kornuellə görə Tilos – Bəhreyn adasının qədim adıdır və onu Tilmun/Dilmun da adlandırırlar. 
İbn Xordadbehin “Masalik əl-mamalik”, Yaqut əl-Həməvinin “Mücam əl-buldan” və s. kitablara görə, Quranda (18:60-65) qeyd olunan Məcma əl-Bəhreyn, yaxud iki dənizin birləşdiyi yer Şirvan ərazisində yerləşir (A.A.Bakixanov, “Qyulistani-İram”, B.,1991, səh.35). Əl-Bakuvi də Musa və Xıdır (Xızır) peyğəmbərlə bağlı olan və rəvayətlərdə qeyd olunan ölmüş balığın dirildiyi yeri Şirvan, dənizi isə Xəzər dənizi adlandırır. Lakin Bakuvi iki dənizin birləşdiyi Bəhreyni Əndəlusiya kimi qeyd edir (Al-Bakuvi, “Sokraşenie [kniqi o] “pamyatnikax” i çudesa çarya moquçeqo”, M.,1971, 23b). Bakuvinin Bəhreyni Əndəlusiya adlandırması, Əndəlus rəmzinin Delos/Tilos rəmzi ilə eyni məna verməsi deməkdir. Belə ki, Əndəlus [N-DLS] rəmzi sufilikdə Nun-Delos [NN-DLS] kimi izah olunur ki, buradakı Nun rəmzi yer kürəsini əhatə edən ilkin materiya mənasındadır. Deməli, Əndəlusiya rəmzi ilkin Nun sularındaki Delos adası deməkdir. Bəhreynin, ölmüş balığın dirildiyi yer olması və burada Xıdır, yəni ölümsüzlük qazanmış Xızır peyğəmbərin adının çəkilməsi onu göstərir ki, bu ada ölümsüzlük qazanmışların, yəni mömin insanların ruhlarının dünyasıdır.
Bəhreynin digər adı olan Tilmun/Dilmun [TL-MN] rəmzi sufilikdə Tala-Amon mənasında Misir fironu Ra-Amonun vətəninin yerini göstərir. Cənnətin axtarışı ilə bağlı araşdırma aparan Devid Rol yazır ki, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Məşhur araşdırıcı Kramerə görə Allahlar monastırı olan Dilmun - Zaqros dağının arxasında, günəşin çıxdığı yerdə - İran ərazisində yerləşir. Kramer, Şumer mifinin tərcüməsinə əsaslanaraq Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir və oranı “Ölməzlər ölkəsi” adlandırır (D. Rol, “Qenezis sivilizasii, Otkuda mı proizoşli”, Eksmo, M.2002, səh.267,271).

  
İran ərazisində Dilmun [DLMN] rəmzi Deyləm və Delum [DLM] kimi məlumdur. Əbu əl-Ala İbn Xassul “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində, İbrahim ibn Xəlil əs-Sabinin “ət-Taci” kitabına əsasən deyləmilərin geneologiyasını, onların dövlətlərini, ləyaqətlərini xüsusi qeyd edir və onların tam xoşbəxtliyə çatmalarının sirlərini və onların zamanı qabaqlamalarını xüsusi vurğulayır. Xassul deyləmilərdən danışanda Adud əd-Daula, Allaha xas xüsusiyətləri şamil edir ki, bu da Daul [DL] rəmzinin bilavasitə Allaha aid edilməsi mənasındadır. Deyləmilərin tam xoşbəxtliyə çatmaları dedikdə isə, Xassul bilavasitə onların cənnətdə yaşamalarını nəzərdə tutur. Çünki qədim Misir mətnlərində “xoşbəxt, hüzur ölkəsi” dedikdə Osirisin (Oziri/Azər) şahlığı nəzərdə tutulur ki, digər mətnlərdə bu ölkə “Xoşbəxtlik adası” adlandırılır. Qədim Misir yazılarına görə əgər insan ömrü boyu “ürəyində Maatla” yaşamışsa, deməli günahsız və pakdır və o yenidən dirilib Yaru çöllərində, yəni cənnətdə xoşbəxt yaşayacaqdır. 
Kramerə görə şumerlərin Nuhu olan Ziusudra da məhz xoşbəxtlik ölkəsində yaşayır və buna görə də ona “Lu-ti-la”, yəni “həyat insanı” rəmzi şamil edilə bilər (V. K. Afanasyeva, “Gilqameş i Enkidu”, M.,1979, səh. 94, 115). Lu-tila rəmzi məhz “Tala eli” mənasındadır ki, bu da Allah Talanın göydəki elinin, həyat verən nurdan ibarət olması deməkdir. 
Quranda da “xoşbəxt” rəmzi cənnətə aid edilir və bildirilir ki, mömin adamlar üçün o dünyada şərab çayı, bal kimi təmiz çaylar axır, müxtəlif meyvəli ağacları olan bağ salınmışdır. Burada dadı dəyişməyən süd gölü var. Möminlər üçün burada pak zövcələr var və insanlar orada əbədi xoşbəxt yaşayırlar (Quran, 4:57, 9:72, 47:15-17).
Atlas/Tilos rəmzi mənbələrdə Delos, Adulis və s. formalarda da yazılır ki, Delos adası yunan mifologiyasında Apollon Allahının vətənidir. Qədim Misir mənbələrində Məsih obrazında göstərilən Apollon Allahını Mandulis adlandırırlar və Günəş Allahı Ra ilə eyniləşdirirlər. Bu isə Mandulis [MN-DLS] rəmzinin Amon-Delos [MN-DLS] mənasında Delos adasının Amon Allahının yaşadığı ruhlar dünyası olması deməkdir. Lakin bu mənbələrdə Mandulis obrazı eyni zamanda qədim Misirin Qor Allahı ilə eyniləşdirilərək uşaq və Ata obrazlarında göstərilir ki, bu da axirətdə gələn Məsihin də Allahın obrazı olması deməkdir (E.Y. Kormışeva, “Reliqiya Kuşa”, M., 1984, səh. 224,216,217,212,214). Digər mətnlərdə isə Delos [DLS] rəmzi Adulis [DLS] kimi qeyd olunur və yeraltı dünya mənasını verir.
Yazdıqlarımızdan belə çıxır ki, Atlantida adası, ilkin sularda (ilkin materiya), yəni göydə yaradılmış ada rəmzində ruhlar dünyasıdır. Bu adada Poseydon, ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirmişdir. Kleyto [KLT]  rəmzi qədim mənbələrdə Kelt, Gilad, Qalaad, Xilat,  Xüld və s. kimi yazılır və Gel-Ata fikrini ifadə edir. Lakin bu rəmz eyni zamanda sufilikdə Tala-Ağa [TLĞ] kimi də oxunur ki, bu da Allah Talanın Gel eli ilə bağlı olması deməkdir.  
Mənbələrə görə, Xelata (Kleyto/Gilad) gələn türk məmlükü Sökmən (Nəsirəddin Mühəmməd Sökmən II) burada özünü Şahi-Ərmən adlandırır ki, bu da Ər-Əman, yəni Ra-Amon deməkdir. Bura, yəni Xelat eyni zamanda gürcü çarlarının da qəbrinin yerləşdiyi yerdir (K. Гандзакеци, «История Армении», М., 1976, səh.282, 234). Z. Bünyadov isə bildirir ki, Xilatın və Ərzincanın sahibi şah-Ərmən Nəsirəddin Mühəmməd Sökmən II, atabəy Cahan Pəhləvanın qızı ilə evləndi və onun ölümündən sonra Xilat Azərbaycan atabəylər ailəsinin malikanəsinə çevrildi (“İstoriçeskaya qeoqrafiya Azerbaycana”, B., 1987, səh.95). Atabəy (atabəg) rəmzi sufilikdə ilkin materiya ilə vəhdət təşkil edənlərin, yəni Allaha çevrilmişlərin atası mənasındadır ki, bu rəmz ən qədim Misir yazılarında bütün Allahların atası olan Ra-Amona (Ra-Əman – Rəhman) aid edilir. Xilatın həm Azərbaycan atabəylərinin malikanəsi olması, həm ərmənşahlar nəsli sayılması və həm də gürcü çarlarının qəbrinin burada yerləşməsi, Xilat şahlarının Poseydon Allahının nəsli olması deməkdir.
Quranda (25:15) Kleyto [KLT] rəmzi Xüld [XLD] kimi yazılır və bilavasitə cənnətin adı kimi göstərilir. Xilat/Kleyto rəmzləri ilə eyni məna verən Xüld rəmzinin cənnətə aid edilməsi, Atlantidanın məhz Tilos, yəni Talış dağlarının üstündə yaradılması mənasındadır. C. Frezer isə bildirir ki, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», М., 1986, səh.147). Bu isə o deməkdir ki, Talış dağları elə Alban dağlarıdır və göydəki Qeb/Qeyb aləmi də burada yaradılmışdır.
Türk mənbələrində Tilos rəmzi Tolis kimi də qeyd olunur. “Moyun Çor” abidəsində yazılır: “Tanrıda olmuş, İl etmiş (El yaratmış) bilgə (müdrik) xaqan... Tolis...” (Ə Rəcəbov, Y. Mamedov, “Orxon – Yenisey abidələri”, B., 1993, səh.134). Burada Tolis, ilkin materiyanı göydəki Elə cevirmiş qədim Misirin Ra-Amon Allahı obrazında göstərilir. Digər mənbələrdə isə Talış dağlarında yaşayan türklər - Allah dağı Barkalda yaşayan Talas türkləri kimi qeyd olunurlar. Qədim Misir mətnlərində isə müqəddəs Barkal dağı Napatlı Amonun məbədgahı hesab edilir ki, mənbələrdə bu məbədgah Qızıl Opet (Pta) adlanır. Türklərin əcdadı Yafətin (Yapet/Opet/Pta) bu məbədgahının qızıl adlandırılması, oradakı bütün əşyaların qızıl və gümüşdən düzəldilməsi ilə bağlıdır.
Əflatuna görə, padişahlar vətəni olan Atlantidanın mərkəzində Kleyto və Poseydonun müqəddəs məbədgahı yerləşirdi və bura qızıl divarla əhatə olunmuşdu. Məbədgahın çöl tərəfi gümüşdən, akroterilər isə qızıldan hazırlanmışdı. Tavan qızıl, gümüş, və s. bəzənmiş fil sümüyündən düzəldilmişdi. İçəridə isə Allahın at arabasındakı qızıldan heykəli və s. sonsuz sayda digər qızıldan hazırlanmış heykəllər və əşyalar var idi. Əgər nəzərə alsaq ki, Atlantida Herakl sütunlarından o tərəfdə yerləşirdi, razılaşarıq ki, bura eyni zamanda, sütunlar şəhəri olan və Ad oğlu Şəddadın qızıl və gümüş kərpicdən tikdirdiyi İrəm zat əl-İmad şəhərinin obrazıdır. Yəni, Atlantida, yerin altında gizlədilmiş və qədim Misirdə ölüm şahlığı sayılan Sokarın (Aid/Qades) göydəki obrazıdır. 
Quranda (54:48, 74:26-28,43) Sokar rəmzi Sakar [SK-R]  kimi yazılır və “cəhənnəm odu” mənasını verir. Digər mənbələrdə Arsak [R-SK] kimi yazılan və bilavasitə ilahi odun (Nuri-Azər) qorunduğu yerlə bağlı olan Arsak/Arşak yeri Əl-Kufiyə görə Ərdəbildən 45 km yol məsafəsində yerləşir ki, bu da kaduslar (kuddus – müqəddəs) diyarı olan Talış dağlarının ərazisinə düşür.
Qeyd etmək istərdim ki, Talış dağları dedikdə bilmək lazımdır ki, indi cənub bölgəsində yaşayan etnik qrupun bu dağlara aidiyyəti yoxdur. Çünki, dövri mətbuatdakı məqalələrimizdə qeyd etdiyimiz kimi, Allah iki növ insan yaratmışdır ki, bunların ilkini Oziri/Azər nəsli olan türk bəgləri, pirlər, seyidlər, şıxlar nəsli olan müqəddəslər, yəni kadus/kudduslar nəslidir. İkinci növ insanlar isə adi insanlardır ki, Allah onların dillərini dəyişdirib dünyaya səpələmişdir. Bu gün talış etnik qrupunun da içərisində seyid, şıx və s. Azəri müqəddəslərin olması, onların kaduslarla qarışması deməkdir.  
Bütün bunlar o nəticəyə gətirib çıxarır ki, Atlantida - Misir fironu Ra-Amonun (Ra-Əman/Rəhman) göydə yaratdığı ruhlar dünyasıdır. Atlantlar isə, dünya üzərində hökmran kimi ilk yaradılmış Oziri (Azər) nəsli olan türk bəgləri, pirlər, seyidlər, şıxlar və s. müqəddəslər nəslinin əcdadlarıdır. Nəhənglər nəsli kimi yaradılan bu insanlar günah işlətdikləri üçün, “Allah əlini qoyub onları kiçiltmiş” və onlar öz qüdrətlərini itirmişlər.
Bütün bunlar haqda daha geniş məlumatlar və təkzibolunmaz faktlar müəllifi olduğum «Batini-Quran» kitabında verilmişdir. Kitabın bir hissəsi internetdə bu ünvandadır: www.gilarbeg.com . 
                                                                             
                                                                      Firudin Gilar Bəg