Budda - göydə Allah yaratmış Azəri bəgidir.


    

Bu məqaləni FB dostlarım - Tahir Amiraslanov, Lora Osmanoglu, Azer Musayev, Arif Məhərrəmov və digərlərinin məsləhəti ilə yazdığım üçün onlara ithaf edirəm.

 

Dünyanın ən qədim dünyəvi dini Buddizm hesab olunur. Məlumdur ki, Buddizm – şahlar dinidir və Buddanı da Sakyamuni/Şakyamuni, yəni Sak/Şak nəslindən olan “oyanmış” adlandırırlar. Lakin bu dinin mənbəyinin nə ilə bağlı olduğu, sakların kim olduğu, harada yaşamaları, Buddanın nəyə görə “oyanmış” adlandırılması hələ də açılmamışdır. Bütün bu suallara cavab tapmaq üçün, qədim yazıların müəlliflərinin məntiqini bilmək lazımdır. Bu məqalə də Buddizm haqda həqiqətin açılması məqsədi ilə yazılmışdır.

Əflatuna görə bütün qədim yazılar, rəvayətlər, deyimlər və s. digər şeylər yalnız bir sirli hadisə ilə bağlıdır (1). Bu hadisə isə hər yerdə rəmzlərin dili ilə qeyd olunmuşdur. Mən kitab və məqalələrimdə, bütün qədim yazıların özündə gizli elm daşıyan rəmzlər olduğunu yazmışam. Yazılarda bu rəmzlər samitlərlə qeyd olunur ki, əsas mənanı da bu samitlər daşıyır. Sözdəki samitlərin sağa və ya sola oxunuşu mənaya təsir etmir. Saitlər isə yalnız bağlayıcı rolunu oynayır. Deməli, qədim mətni anlamaq üçün, eyni zamanda rəmz sayılan hər bir samitin nə məna ifadə etdiyini bilmək lazımdır. İslamda bu məntiq - sufizm, ən qədim mənbələrdə isə sofi, yəni müdriklik adlanırdı.

“Sak” rəmzi qədim Misir yazılarında “saxu” kimi qeyd olunur. Misirşünas U. Bac bu rəmz haqqında yazır: «Totun sözləri və kahinin duaları insan bədəninin mahiyyətinin «saxu»ya çevrilməsini məcbur edir və o Göylərə qalxır. İnsan bədənində yaşayan ruh Saxuya keçir və bu çürüməyən yeni bədən Göylərdə ruhun bədənini təşkil edir, necə ki, yerdə fiziki bədən ruhun yerdəki evidir (2). Deməli, saxu, yəni sak rəmzi – ölüm zamanı bədəndən çıxandan sonra göydəki Allahlar dünyasına qalxan insan ruhunun rəmzidir. Bu isə o deməkdir ki, “oyanmış” rəmzi də ölümlə bağlı olmalıdır.

Qədim Misir mənbələrində Osirisə həsr olunmuş günlərdən biri haqda deyilir: “Bu gün insanların və Allahların, Yerin və Göyün şənlənmə və sevinc günü idi, çünki “Allah gözəl tabutda yatdı” ki, sonradan yuxudan oyanıb Feniks quşu kimi Göyə uçsun” (3). Belə çıxır ki, sak nəslindən olan “oyanmış” müdrik – qədim Misirin dirilmiş Osiris Allahıdır.

Mənbədəki “yatdı” ifadəsi Tövratda, Allahın “Dünya”nı altı günə yaratmasına və yeddici gün, bütün işlərini qurtarıb, dincəlməsi mənasında qeyd edilir (4). Digər mənbələrdə, bütün yaradıcı işlərini qurtardıqdan sonra yatan – qədim Misirin Ptah Allahıdır: “Beləliklə, Ptah bütün bunları edəndən sonra yatdı” (5). Deməli, “yatmış” və “oyanmış” Allah - “Dünya”nı yeddi günə yaradan qədim yəhudi və Misir Allahıdır. Tövrata görə, bu işlərini gördükdən sonra Allah, Adəmi və Edem cənnətini yaradır və Adəmi də bu cənnətdə yerləşdirir. Bu isə o deməkdir ki, Budda, “Dünya”nı yaratdıqdan sonra, Feniks quşuna çevrilmiş və göyə uçan, “yatmış” Allahın obrazıdır.

Qədim mənbələrdə “göyə uçan” rəmzi, Kiş sülaləsinin I şahı əfsanəvi Etana aid edilir. Tədqiqatçıların sözlərinə görə, Kiş hökmdarları özlərinə, sonralar  «şah» mənasını daşıyan luqal, yəni «sahib» titulunu götürdülər və ölkənin cənubuna qədər olan digər «nomalar» üzərində hərbi hegemonluğu bərqərar etmək üçün çalışdılar; hər halda sonralar «Kiş luqalı» titulu, ayrı-ayrı «nomaların» hökmdarlarından yüksək olan «şah hegemon» anlayışına bərabər idi (6).

Qədim mənbələrdə şahı, sahibi bildirən “luqal” rəmzi, böyük, nəhəng insana aid edilirdi. Tövratda da qeyd olunur ki, Adəm yaradılanda “dünyanın o başından bu başına qədər idi” (7). Bu isə o deməkdir ki, sak müdriki Buddanın obrazı elə kosmik ölçülü Adəmin obrazıdır.

Tanınmış alim David Rohl hesab edir ki, Adəm rəmzi, qədim Misirdə Atum adlanan Allahın adı ilə eynidir (8). Dünyanın yaradılışının Geliopol variantına görə, dünya – bir birini əvəzləyən yaranışlardan törəmişdir: “İlkin Nun (Naun) sularının ortasında təpəyə, adı – “hər şey” mənasını verən Ali Atum (Atama) yüksəlmişdir (9). Qədim Misir mənbələrində deyilir ki, firon Amon (Əman/Əmənullah - Amon Allah), özünü Pta/Ptah adlandırıb, Nun ilkin materiyası kimi çıxış edərək, onun adından, insan formasında olan kosmik ölçülü Atum Allahını yaratdı. “Dünya” dedikdə də məhz Atum Allahının bədənində yaradılmış bu ruhlar aləmi təsəvvür olunmalıdır. Məşhur sufi Mühiddin ibn Ərəbi də Adəmi, öz bədəni ilə bütün dünya nizamını əhatə edən Böyük insan kimi göstərir və onu Haq, yəni Allah adlandırır (10). Araşdırıcı Nikolson isə qeyd edir ki, digər sufi əl Qəzaliyə görə, Məhəmməd peyğəmbər Allahın obrazı ilə yaradılmış Göy insanıdır və Kosmik güc hesab edilir ki, kainatdakı qayda-qanunun qorunması ondan aslıdır (11). Hürufi alimi Fəzlullah Astarabadinin “Cavidannamə” əsərində isə bildirilir ki, Kəəbə, Darüs-Səlam və Beytül-Müqəddəs (Yerusəlim) Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə - Tövratda altı günə yaradılmış “Dünya”dır.  Deməli, sufizmə görə də, altı “günə” yaradılmış “Dünya” – Allahların ölməzlik qazandığı göydəki ruhlar dünyasıdır.

Qeyd etmək lazımdır ki, qədim hind nəzəriyyəsinə görə də şahlıq - şahın bədənidir. Araşdırıcı Q. F. İlyin bu haqda yazır: «(Racın) Monarx dövləti əsasən yeddi əsas elementdən (prakriti) və ya üzvlərdən (anqa) ibarətdir. Şah – bu şahlıqdır: dövlətin [bütün] elementlərinin qısa mənası belədir. Və bu sadəcə aforizm deyildir. Qədim hind siyasi təfəkküründə uzun müddət qalmış və çox qədimlərə gedən təsəvvürə görə şah və şahlıq birdir və bu şahlıq sanki şahın bədənidir və dövlətin elementləri də onun bədəninin elementidir (üzvüdür)» (12). Deməli, bütün mənbələrdə ilk insan sayılan Adəm - daxilində ruhlar dünyası yaradılmış kosmik insandır. Budda adı da, oyanandan sonra bu ruhlar dünyasının şahına çevrilmiş ruhun adıdır.

Xristian mənbələrində “oyanmış” Allah, ölümündən sonra İlahi ruh kimi dirilmiş və xristianların Allahına çevrilmiş İsa Məsih (İisus Xristos) hesab olunur. İsa (İisus) rəmzi “ruh” deməkdir. Xristos rəmzi isə Xoris/Xorus, yəni qədim Misirin Xor/Qor Allahının adından götürülmüşdür. Qədim mənbələrdə Qor Allahı, insan bədəninin ölümündən sonra, ruhunun (saxu) çevrildiyi qızılquş kimi, yəni quş şəklində təsəvvür olunurdu. Şumer mifologiyasında Qor Allahı – Kara/Kor kimi məlumdur və Enmer luqalına aid edilərək EnmerKar kimi yazılırdı. Enmer [NMR] rəmzi sufizmdə Ra-Amon [R-MN] rəmzi ilə eyni mənalıdır ki, bu da qədim Misirin Ra-Amon Allahı deməkdir. Belə çıxır ki, İsa Məsih (İisus Xristos), Budda kimi qədim Misirin Ra-Amon Allahının obrazıdır.

Qədim Misir rəvayətlərindən olan «Sinuxetin nağılı»nda deyilir: «Otuzuncu ilin, subasmanın üçüncü ayı, yeddinci gün Allah özünün Göydəki sarayına (Günəş Allahının Göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı Sexotepibre (Saxu-Pta-ibri), O Göyə ucaldı və Günəş diski ilə birləşdi, «İlahi bədən», onu yaradana qovuşdu. Paytaxt sükutdadır, ürəklər qəmgindir, Böyük darvazalar bağlandı, saray əyanları, başlarını dizlərinə əyib əyləşmişlər, xalq ah-zar içindədir» (13). Bu mətndə Ra-Amon Allahının doğumu qeyd olunur. Mənbələrə görə, firon Amon, ilk növbədə göydə Ra diskini yaradır və özü öləndən sonra, onun ruhu göyə qalxaraq, bu disklə birləşir və Ra-Amon Allahına çevrilir. Belə çıxır ki, “yatmış” və “oyanmış” Budda elə qədim Misirin Ra-Amon Allahıdır. Sakyamuni (Saxu-Amon) rəmzi də - “firon Amonun ruhu” mənasındadır. Müxtəlif mənbələrdə bu hadisə müxtəlif variantlarda təqdim olunur.

Firdovsiyə görə, Cəmşid, hansısa dənizi keçərək, göyə ilk ayaq açır. Göydə kəyan taxtı quran Cəmşid, divin çiynində taxta çıxaraq, fəzada günəştək qərar tutur (14). Quranda bu obraz, yeri və göyü yaratdıqdan sonra öz taxtında qərar tutmuş Rəhman Allahın obrazıdır (15). C. Frezerə görə isə, məhz Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (16). Bütün bunlar o deməkdir ki, Budda, İsa və Məhəmməd peyğəmbərlərin obrazları eynidir. Mən – “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqaləmdə bunlar haqda məlumat vermişəm. Bu isə o deməkdir ki, bütün peyğəmbərlər, “yatmış” və “oyanmış” Allahın obrazlarıdır. Qədim mənbələrdə “yatmış” və “oyanmış” Allahın şərəfinə keçirilən mərasim – “Ölüb dirilən Allah”ın (Osiris, Attis, Adonis, Tammuz, Kibela) mərasimi kimi qeyd olunurdu ki, kiçik Asiyada bu bayram – “Gilar” bayramı adlanırdı (17).

Beləliklə biz aydınlaşdırdıq ki, “oyanmış” sak müdriki Buddanın obrazı, oyanandan sonra Ra-Amon Allahına çevrilmiş və müsəlmanları Rəhman adlandırdıqları - qədim Misir fironu (pirao) Amonun obrazıdır. İslamda Allahın 99 şərəfli adlarından Bədi və Vədud adları da var ki, bunlar da sufizmdə Budda adları ilə eyni mənalıdır.

Sufizmdə “oyanma” rəmzinin digər mənası da vardır. Bu məna altında ruhun oyanması, yəni ruhun bədəndən çıxaraq ilkin materiyada səyahəti nəzərdə tutulur. Bu səyahət “suluq” adlanır (yəhudilərdə “Salxa”) və mənəvi kamilləşmə mərhələsi hesab olunur (ərəb.”seyr və suluq”). Tanınmış sufi Nəsəfi yazır: “Bil ki, suluq [sözü] ərəb dilində ümumilikdə dolaşma, gəzmə mənasını bildirir ki, burada səyyah, xarici dünyada dolaşanla bərabər, daxili dünyada dolaşanlar da ola bilər. Təsəvvüf elminin tərəfdarlarına, yəni sufilərə görə, suluq rəmzi xüsusi dolaşma mənasındadır – bu, Allaha səyahət və Allahda səyahət deməkdir” və s. (18). Bu isə o deməkdir ki, oyanmış Budda kosmik Adəmın bədənində yaşamaqda davam edir.

Mən qeyd etdim ki, firon Amon, ilkin materiyanın adından çıxış edərək, ondan Atum/Adəmi, yəni öz obrazında kosmik insan yaradır. Məqalələrimdə mən göstərmişəm ki, qədim Misir teurqları – teurqiya, yəni qurbankəsmə və magik rituallar vasitəsi ilə göydə Allah yaratmışlar. Qurban ruhlarından yaranmış və insan simasında olan bu kosmik Allah, firon Amonun kölgəsi hesab edilir. Göydə özünün nəhəng kölgəsini yaradan firon Amon, onun daxilində ruhlar üçün Ev, yaşayış yeri yaradır. Özünün fiziki ölümündən sonra, firon Amonun ruhu, göydə yaratdığı öz kölgəsinə, yəni kosmik ölçülü Adəmin bədəninə köçür. Deməli, firon Amonun ölümü, eyni zamanda onun ruhunun oyanışı, ekstatik vəziyyəti (orqazm) mənasındadır ki, ölüm zamanı ruhu göyə, yəni özünün kosmik bədəni olan Adəmin (Rac) daxilinə atılır. Kosmik insanın bətninə, yəni öz kölgəsinə atılan fironun ruhu, ilkin materiya tərəfindən, qadın daxilinə düşən sperma kimi qəbul olunur və yenidən doğulma prosesi – çakra dairəsi başlanır. Ana bətninə giriş ən aşağı çakrada – Muladxarada yerləşir ki, bu çakra əsasən həyatın saxlanılması instinkti, sağ qalma, təhlükəsizliklə və s. bağlıdır. Bu orqazm eyni zamanda oyanma və aydınlaşma, yəni vahid insanın ruhunun kamilliyinin yeni mərhələsi kimi də qəbul edilir. Ruhun yeni vəziyyətinin yüksək səviyyəsinə qalxmış Amonun ruhu, burada ilkin materiya ilə, yəni prakriti ilə birləşir və göydəki bədəninin üzvünə (anqa) çevrilir. Metamorfoza baş verir və fironun (pirao) ruhu, yəni Puruşa (Pirao-Şu) yeni bədən forması alır. Quş forması alarkən, ruh – İlahi varlıq kimi yenidən doğulur. Bu quş qədim Misir mətnlərində qızılquş simasında olan günəş Allahı Qor/Xor kimi məlumdur. Qor/Xor rəmzi sufizmdə - “Hu/Xu ilkin materiyasından yaranmış Ra günəşi” mənasını verir.

 

Beləliklə biz dəqiqləşdirdik ki, firon Amon, göydə öz “kölgəsini” (Adəm) yaradaraq, ölümdən sonra “öz kölgəsinə” köçmüş və orada yeni cilddə yaşamağa başlamışdır. Bu kosmik insan Hind mənbələrində, lotos pozasında oturmuş yoqa kimi göstərilir. Bu yoqun yeddi çakrası, Adəmin, yəni göy dünyasının yaradıldığı yeddi “gün”ə uyğundur. Deməli, Adəm obrazı, tərikənin ən ali səviyyəsi olan kamilləşmiş və aydınlaşma səviyyəsinə yüksəlmiş insanın obrazıdır. Bu tam Həqiqətə çatmasının, ruhun tam azadlığının, nirvananın səviyyəsidir.

Sufizmdə, mütləq reallıq olan Həqiqət iki fazadan – “fəna” (itirilmə) və “bəqa”, yəni bəglik (əbədi mövcudluq) fazasından ibarətdir. Sufi, son faza olan bəqa (baka) fazasında, yəni bəglik məqamında Allahı seyr edir. Bu səviyyədə ona hər şey, bütün sirlər, elmlər açılır. O ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan öz daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Sufizmdə Allahla, yəni ilkin materiya ilə bu vəhdət ən ali xoşbəxtlik sayılır. İlkin materiyada səyahət edənlər isə, tərikə [TRK] pillələrini qalxmış türük [TRK], yəni türk [TRK] adlanır. Bəqa səviyyəsinə qalxmış türklərə isə bəg deyilir. Deməli, Bəqa/Bəg rəmzi, sufi tərikəsi vasitəsi ilə ali idraka və xoşbəxtliyə çatma deməkdir.

Xalkidli Yamvlix, Allahla vəhdət təşkil edən və onun qüdrətindən yararlanan türkləri - teurq kimi qeyd edir. Yamvlix, özünün əsas kitabı olan “Misir sirləri haqqında” kitabında teurqları Misir və Assur kahinləri kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir. Teurqlar - teurqiya, yəni qurbankəsmə və rituallar vasitəsi ilə Allah yaratmışlar (19). Bu isə o deməkdir ki, ilkin materiyada səyahət edən türük/türklər [TRK] elə qədim Misir və Assur teurqlarıdır [TRK]. Bunu türk mənbələri də təsdiq edir. Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində, türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (20).

Qədim Misir yazılarında ölkə başçısı Heq/Haq adlanırdı. Bu rəmz həm ilkin materiyanı, maqiyanı və magik ritualı bildirirdi. Qədim Misir  hökmranları da, ilkin materiyanı özlərinə tabe etmiş maqlar olduğu üçün Haq (Xek) adlanırdılar. Onların qulları (qulluqçuları) isə baka, yəni bəg adlanırdı (21). Haq (Xek) rəmzindən Xaqan rəmzi yaranmışdır ki, bu da Xəzər xaqanlığı mənasındadır. Xəzər xaqanlarının köməkçiləri isə mənbələrdə bəglər adlanır. Əgər nəzərə alsaq ki, Xəzər rəmzi ilə Azər (Asar/Osiris) rəmzi eynidir və Misir rəmzi də Asar (M-Asar) rəmzindən yaranmışdır, razılaşarıq ki, həqiqi Misir ölkəsi elə Xəzər xaqanlığıdır. Qədim Misirdə - yuxarı Misir deyəndə kosmik Adəmin göydəki ruhlar dünyası nəzərdə tutulurdu. Göy dünyasının (cənnətin), yəni Yuxarı Misirin – Adəmin yaradıldığı torpaq isə Aşağı Misir adlanırdı.

Qədim Misir mənbələrində, Bəqa səviyyəsinə yüksəlmə və Allahla vəhdət – Abidos şəhərində baş vermiş “Allahla söhbət” adlanırdı. Qədim Misirin “Ölülər kitabın”da (22) deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Abidosda yerləşdirir və taxtı üçün sular yaradır. “Torpaq əmələ gəldikdə” isə, O artıq Abidosda peyğəmbər olmuşdur. Qədim Misir mənbələrində Abidos rəmzi Abtu [BT] kimi də yazılır və Beyt [BT], yəni Ev mənasını daşıyır. Belə çıxır ki, teurqlar, qurbankəsmə vasitəsi ilə Abidosda Ev yaratmışlar. Abidos [BD-S] rəmzi və Abtu [BT] rəmzi sufizmdə Budda [BDD] rəmzi ilə eyni mənalıdır. Deməli, Buddanın obrazı – insan formasında olan Allahların göydəki Evinin obrazıdır.

Kanişka sikkələrində Buddanın şəkli ilə bərabər “Baqo Boddo” sözləri də yazılır ki, bu da Bəqa səviyyəsinə çatmış Budda deməkdir (23). Deməli, Budda - türk bəgləri ilə bağlıdır və həqiqəti bilmək üçün qədim mənbələri diqqətlə araşdırmaq lazımdır.

Mənbələrə görə Budda – Şakyamuni (Sakyamuni) nəslindəndir. Qədim mənbələrdə bu rəmzi Şukamun kimi də məlumdur ki, Şukamun - Yerin Allahı və kass/kassit şah nəslinin himayədarı hesab olunur. Sufizmdə sak [SK] və kass [KSS] rəmzləri eyni mənalıdır və bu da o deməkdir ki, saklar elə kass/kassitlərdir. Mətnlərdə Şukamun Allahı Babilin Nerqal Allahı ilə eyniləşdirilir və Marduk Allahının təcəssümü sayılır. Şumer-akkadlarda yeraltı dünyanın Allahı olan Nerqal, qədim mənbələrdə İrkalla kimi də yazılırdı. Marduk adı bizə deyir ki, yeraltı İrkalla şahlığı, Mardukun tikdiyi “Göy və Yerin təməl Evi” olan Esagillə bağlıdır.

Mənbələrə görə, Marduk Allahı - Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikir ki, onun başı Göylərə çatır. Belə çıxır ki,  Budda obrazı, Abidos göylərində yaradılmış “Göy və Yerin təməl Evi” olan Beyt rəmzidir.

Sakyamuni rəmzi mənbələrdən bizə, Səlcuq türk əmirlərindən birinin nəvəsi olan Sukman və ya Sökmən kimi də tanışdır. Tarixçi Vardanın yazdığına görə, Sökmən (Sukman) [SK-MN], yəni saxu-Amon [SX-MN] - «Xelat və digər çoxlu şəhərləri aldı… on iki şəhərə yiyələnəndən sonra özünü Şahi-Ərman adlandırdı ki, bu da onların dilində erməni şahı deməkdir…» (24). Tanınmış Azərbaycan tarixçisi Ziya Bünyadov isə bildirir ki, Xilatın, Ərzincanın sahibi şah-Ərmən II Nəsir əd-din Məhəmməd Sökmən, atabəg Cahan Pəhləvanın qızı ilə evləndi və onun ölümündən sonra Xilat, Azərbaycan atabəglər ailəsinin malikanəsinə çevrildi (25). Bu isə o deməkdir ki, Budda - Azərbaycan atabəglərinin nəslindəndir.

Kitab və məqalələrimdə mən göstərmişəm ki, qədim dünyanın bütün sirləri bir məkanla və bu məkanda yaşayan nəsillə bağlıdır. Bu yer mənbələrdə Hel, Gel, Gileya, Gilar, Qalliya, Qalaad, Xilat, Xaldeya və s. adlanır. Burada yaşayanlar isə bizlərə gellər, qallar, xaldeylər, qulyardlar və s. kimi tanışdır. Qədim mənbələrdə bu insanlar Allahların törəmələri, yarım Allahlar, mələklər, əjdahadan (ilandan) doğulmuşlar və müqəddəslər hesab edilirdilər. Bütün şahlar, çarlar, imperatorlar, sultanlar bu nəslin nümayəndəsidir. Mənbələrdə Allah onları öz xalqı adlandırır və özü idarə edir. Onların torpaqlarını isə Allah - “Mənim torpağım” adlandırır. Deməli, Budda adlandırılan Sakyamuni/Sökmən də Xelatdan olmuşdur və Azərbaycan atabəgidir, yəni bütün bəglərin (kamilləşmişlərin) atasıdır. Bu türk şahının “on iki şəhərə yiyələndikdən” sonra özünü Şahi-Ərmən adlandırması da o deməkdir ki, Sökmən - on iki hissədən ibarət olan göy bədənində oyanandan sonra Ərmən şahına, yəni Ra-Amon  Allahına çevrilmişdir. Çünki Ərmən [RMN] rəmzi sufizmdə, qədim Misirin günəş Allahı mənasında olan Ra-Amon (İslamda Rəhman) [R-MN] rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, firon (pir) Amon məhz Xelatda Ra-Amon Allahına çevrilmiş və göydə ölümsüzlük qazanmışdır.

Bütün bunlardan çıxan nəticə odur ki, mənbələrdə Ermənistan deyəndə, kosmik insan olan Adəmin (Rac) bədənində yerləşən, Ra-Amon Allahının göydəki şahlığı nəzərdə tutulmalıdır. II əsrin 60-cı və 115-117-ci illərinin Roma sikkələrində Erməni dövləti alleqorik olaraq Roma imperatorunun ayaqları altında oturmuş qadın simasında göstərilir (26). M. Xorenatsi “Ermənistan tarixi” kitabında, Murasenin əjdaha nəslindən danışarkən, Aranın bədənini ölkə kimi göstərir və qeyd edir ki, Aran nəsli elə Sisaka, yəni Sak/Saxu nəslidir (27). Deməli, Aran obrazı, kosmik Adəmin və Buddanın obrazları ilə eynidir.

Aran [RN] rəmzi qədim Misir mənbələrində, Osiris (Asar) Allahının ruhu mənasında olan Orion [RN] ulduzu kimi qeyd olunur. Orion ulduzunun şəxsləndirilmiş variantı isə, Yuxarı Misirin tacında göstərilən ulduz şahı Saxudur. Hind mifologiyasında bənzər rəmz olan Aruna rəmzi sübhün Allahının rəmzidir. Homer və Sofoklın yazılarında Orion/Aran rəmzi Uran kimi qeyd olunur və Efirlə eyniləşdirilir. Efir isə Yunan mifologiyasında Allahların yaşadığı məkan sayılır. Bu isə o deməkdir ki, Aran/Orion - Efirdə yaradılmış qədim Misirin Atum Allahıdır (Adəm).

Mənbələrdə Aran rəmzi şahlar nəsli olan Aranşaha aid edilir və məlumdur ki, Sisaka nəsli, sülalə adı olaraq Aranşah, yəni Aran/İran şahı adını daşıyırdılar (28). “Aran-şah” titulu, bu nəslin, Alban şahı Aranın - Sünik şahzadələrinin sülaləsinə aid olmasını bildirir. Lakin Aran rəmzi mənbələrdə, digər adı Arran (Xarran) olan Albaniya kimi də yazılır və bu ölkə Sisaka nəslindən kiməsə əbədi verilmişdir (29). Sisaka, yəni sak nəsli deyəndə isə Böyük və məşhur Gel – Gelarküni nəsli nəzərə tutulur. Deməli, Hind şahlarının Sak nəsli elə Sisaka nəslidir və Budda da – Bəqa səviyyəsinə yüksəlmiş Gilar bəgidir.

Ərmən [RMN] rəmzi mənbələrdə “Dünya” mənasında olan Raman [RMN] kimi də yazılır ki, arilər (ər/ərənlər) məhz bu “Dünya”nın hesabına qüdrətli hesab olunurlar (30). Hind mənbələrində Raman rəmzi Ramayana kimi qeyd olunur və bu eposda ölkənin fəth edilməsindən danışılır. Bu ölkə, kainatın ruhunun dincəldiyi kainat ilanı ilə bağlıdır (31). Mifologiyada, qəhrəman ilanı öldürür və göy əhalisinin möcüzəvi silahını əldə edir. Bu isə onu göstərir ki, Ramayana eposunda, Ermənistan tarixindəki kimi, Ra-Amon (Budda) Allahının göydə yaratdığı ölkədən danışılır.

Xüsusi olaraq qeyd etmək istərdim ki, indi özlərini erməni adlandıran insanların, Ermənistana və Qafqaza qətiyyən aidiyyəti yoxdur. Tarixçi M. Xorenskiyə görə, bütün müqəddəs yazılar seçilmişlər nəslinə aiddir. Adi insanlar nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq deyillər (32). “Mahabharata” əsərində adi insanlar «ev heyvanı» siyahısında öküz və keçidən sonra, qoyun, at, qatır, uzunqulaqdan isə əvvəl qeyd olunan yeddiliyə daxildirlər (33). Bu isə o deməkdir ki, adi insanların Ermənistan tarixinə heç bir aidiyyəti ola bilməz. 18-əsrə qədər Qafqazda “erməni” adında millət olmamışdır. Onları bura son əsrlərdə Rus imperiyası köçürmüşdür. Qədim mənbələrdə “erməni” rəmzi “Böyük səhra qardaşlığı” mənasında, göy şahlığında ömrünü davam etdirəm ruhlara aid edilir.

Qədim Ermənistanda dörd sərhəd ərazisinin başçılarının titulları “bdeaşx” və ya “bdeşx” adlanırdı. Bu rəmz “bde/bodi/budda” və “şx/şax” rəmzlərindən ibarətdir. Sufizmdə “bodi” rəmzi - tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində «görən» deməkdir. Bu rəmzin Beyt rəmzi ilə də eyniliyini nəzərə alsaq, razılaşarıq ki, “bdeaşx” rəmzini – “ekstatik durumda göydə Beyt yaradan şah (sak)” və ya “nurlanmışların şahı” kimi tərcümə etmək düzgün olar. Mənbələrdə deyilir ki, Ermənistanın qərb əyalətinin bdeaşxı – Angelea ləqəbi verilmiş Tork təyin olundu (34). Tork rəmzi, yazdığımız kimi teurq, yəni Allah yaratma zamanı teurqiya ritualı keçirən deməkdir. Angelea rəmzi isə onu göstərir ki, teurqiya mərasimi keçirən şahlar nəsli eyni zamanda Gel elindən ilan mələklər nəslidir.

Mən “Batini-Quran” kitabında göstərmişəm ki, bütün Ermənistan tarixi, Ra-Amon Allahının (Şahi-Ərmənin), göylərində ruhlar dünyası yaratdığı Sünik şəhərindən başlanır. Burada ilkin materiyadan, Hind mənbələrində “sahə” adlandırılan “səhra” tikilmişdir (35). Qədim mənbələrdə bu ilkin materiya əsasən KS/KZ/KŞ, QS/QZ/QŞ və s. bənzər rəmzlərlə qeyd olunur.

Sufizmdə sak/şak [SK/ŞK] və kass/kaşşu/kiş [KSS/KŞŞ/KŞ] rəmzləri eyni mənalıdır. Kass rəmzi mənbələrdə Quzz kimi də qeyd olunur və Oğuz mənasını verir. Məlumdur ki, Oğuz xaqan, yəhudilərin Musa peyğəmbəri kimi göydən İlahi od gətirmiş və ondan ruhlar dünyası yaratmışdır. Qədim Misirdə bənzər rəmz olan “KZ” rəmzi – “həyat enerjisi”, yəni ilkin materiya mənasını verirdi (36). Digər oxşar rəmz olan Xaos rəmzi də Yunan mifologiyasında ilkin materiyanı bildirirdi. Belə çıxır ki, insanın saxu [SX] (sak/şak) ruhu, Xaos [XS] (kass/kaşşu) ilkin materiyasından insan bədəninə düşmüş hissəcikdir.

Hind fəlsəfəsində kaşi/akaşa rəmzləri Sankhi sistemində (Prakritini) fəzanın rəmzidir və bu termin əsasən “efir”, yəni ilkin materiya kimi tərcümə olunur (37). Kaş rəmzi Kşatra nəsli ilə bağlıdır ki, induizmdə Kşatriya “qüdrətləndirilmiş” deməkdir. Deməli, Kşatra nəslinin bu qüdrətlənməsi, Kaş/Kas/Oğuz/Xaos ilkin materiyası ilə bağlılığı hesabına baş vermişdir. Q. Bonqard-Levin yazır ki, “Kşatra – təkcə titul deyil, “sahənin sahibidir”. Rəvayətlərdə xüsusən qeyd olunur ki, Budda ancaq şah nəslində, yəni “iki dəfə doğumlular” nəsli olan kşatra ali təbəqəli nəsildə doğula bilər (38). “Maxabodxivamse” salnaməsində kşatra şahlarının nəsli Morilər/Muaryelər nəsli adlandırılır ki, biz bu nəsli Azərbaycan ərazisində mövcud olmuş ilandan (əjdahadan) doğulmuş marlar (amoreylər), yəni midiyalılar kimi tanıyırıq. Mənbələrə əsasən, “ilandan doğulmuşlar” – Heraklın, yarıilan, yarıqadın Yexidna ilə cütləşməsindən yaranmışlar ki, mənbələrdə bunlar saklar (skif/şak) nəsli adlandırılır.

İlan rəmzi qədim fəlsəfədə ilkin materiyanın rəmzi sayılır. Hind mifologiyasında bir və ya bir neçə başlı yarıilan, yarıallahlar - naqalar adlandırılır. Naqa rəmzi Kitabi-Dədə Qorqudda türk bəglərinə aid edilərək – “inaq bəgləri” kimi qeyd olunur. Erməni mənbələrində, bənzər rəmz “inoq” rəmzidir və “Böyük səhra qardaşlığı”nın, yəni göydəki şahlığın üzvlərinin rütbəsi mənasındadır. İnduizm bu ölümsüz müdrikləri və maqları – “müdriklik ilanı” kimi qeyd edir və onlar yeraltı dünyanın əhalisi hesab olunurlar. Deməli, kşatra nəsli - öləndən sonra ikinci həyat qazanan, ilkin materiyadan yaradılmış İlahi nəsildir.

Qədim iranlıların dinlərində Xşatra (kşatra) – yüksək göyün sahibi hesab olunur. Tarixçi Dyakonova görə, Kaştariti, yəni Kşatriti - Kar-Kaşşi yaşayış məskəninin hökmdarıdır və bu qala Midiyadakı babillərin Silxazi qalası sayılır (39). Silxazi rəmzi sufizmdə Esagil rəmzi ilə eynidir ki, bu rəmz altında da Babildə tikilmiş Eridu məbədi nəzərdə tutulur. Bu o deməkdir ki, kşatralar – İran mənbələrində eyni zamanda Asuristan, yəni Asur ölkəsi adlandırılan Babil qülləsi ilə  bağlıdırlar (40). Asurlar hind mifologiyasında müsbət keyfiyyətlərə malik, nursaçan, yarıallah varlıqlar sayılırlar. Əgər nəzərə alsaq ki, Asur elə qədim Misirin Böyük Allahı olan Asar, yəni Osiris Allahıdır, razılaşarıq ki, bu Allahlar Babil qülləsi ilə bağlıdır (41).

David Rohla görə, Babilin müqəddəs məhəlləsində Marduk Allahına həsr olunmuş Eridu məbədi var idi. Bu məbədin digər adı Esagil məbədgahı idi ki, mənbələrdə o eyni zamanda “Yerin və Göyün Evi” mənasında Etemenanki zikkuratı adlanırdı. Onu Mesopotamiya Allahı olan Marduk tikmişdi və D. Rohl bu Allahı Asar Allahı ilə eyniləşdirir (42). Deməli, Asar elə Marduk Allahıdır ki, Babildə “Yer və Göyün təməl Evi”ni tikmişdir. Əgər nəzərə alsaq ki, Babil sözü – “Allahın qapısı” mənasını verir, razılaşarıq ki, Babil qülləsi elə göydəki ruhlar dünyasının, yəni Asuristan - Asur/Asar şahlığının qapısıdır.

Asar adı mənbələrdə “qüdrətli” mənasını verərək, şah taxtı və hər şeyi görən göz ieroqlifi ilə qeyd olunurdu. D. Rohla görə, Misir rəmzinin özü – “Asardan (yaranmış) doğulmuş” mənasını verir. O xüsusi qeyd edir ki, Xuş (Kuş) və Misraim (Masri) tayfaları Nil vadilərini fəth etmək üçün Mesopotamiyanın Eridu şəhərindən yola çıxmışlar. D. Rohl bu Misir fatehlərini “Qor yoluyla gedənlər” adlandırır və bildirir ki, onlar öz əslini Mesopotamiyanın Böyük qəhrəmanlarından götürür. O nəzərə çatdırır ki, Eridu şəhərində yaşayan şumerlilər, ölümlü Enmer-Kar şahını – Enki oğlu Asar İlahi statusu ilə adlandırdılar (43). Bu isə o deməkdir ki, Asar adı – ölümlü Enmer-Kar şaha verilən addır. Enmer-Kar [NMR-K] isə Ra-Amon [R-MN] Allahının ruhudur ki, Qor/Kor [QR/KR] qızılquşuna çevrilmiş və bu metamorfoza Mesopotamiyanın Midiya ərazisində baş vermişdir.

Asar/Asur rəmzləri mənbələrdə Aşşur [ŞŞR] kimi də yazılır və bu rəmz hind mənbələrində Şri [ŞR] kimi Krişna Allahına aid edilir. Krişna rəmzi Xristos rəmzi kimi – Xoris/Koriş, yəni Xor/Qor/Kor rəmzindən yaranmışdır. Qədim Misir yazılarında Xor/Qor Allahı Asar/Osiris Allahının oğlu hesab edilirdi. Deməli, Şri Krişna rəmzi – Asar-Qor (Osiris-Qor) deməkdir.

Xor/Qor rəmzi Əflatun fəlsəfəsində Xora kimi, induizmdə isə Kuru kimi qeyd edilir və ilkin materiyanı bildirir. Bxaqavad-Qita kitabının ilk cümlələrindən aydın olur ki, döyüş - Dxarmo sahəsində, Dxarmakşetrada, Kuru sahələrində baş verir ki, burada Allahlar qurban mərasimi keçirirlər. Burada söhbət firon Amonun qurban kəsmə vasitəsi ilə, ilkin materiya sahələrində “dünya” yaratmasından gedir. Firon Amon meditasiya vasitəsi ilə Bəqa səviyyəsinə qalxaraq, ilk dəfə ilkin materiyanı dərk edir. Mətnlərdə “sahəni dərk etmiş” (kşatrecna) dedikdə də firon Amonun bu “aydınlaşması” (bəqa səviyyəsi) nəzərdə tutulur (44). Hind mənbələrində xüsusi qeyd olunur ki, “sahəni dərk etmiş” - dünyanı və Allahları yaradır. Bu “sahəni dərk edənlər” yalnız kşatra kastasından ola bilər və inama görə axırıncı Budda da bu ali nəsildən olacaqdır.

Apokrif yazılarında «dərk etmə» prosesi – mövcudluğun bir səviyyəsindən digər səviyyəsinə keçməsidir. İnsan ruhunun ilkin materiyaya qovuşması, yəni bəqa səviyyəsi çox az mümkün olan vəziyyətdir. Buna yalnız pir (firon) Amon nail olmuşdur. Bu proses zaman mövcudluq, varlıq – biliyə, bilik - varlığa çevrilir. Naq-Xammadidə tapılmış “Filippin İncili”ndə (44 və 122) deyilir: Həqiqətdə bu, dünyadakı insan kimi deyil: o Günəşi görür, lakin o Günəş deyil, o Göyü, yeri və digər varlıqları, bu varlıqlara çevrilmədən görür. Lakin sən o yerdə nə isə gördün, sən o olursan. Sən ruhu gördün, sən ruh olursan. Sən Xristi gördün, sən Xrist oldun. Sən [Atanı] gördünsə, [sən] Ata olacaqsan. Ona görə də [o yerdə] sən hər bir şeyi görürsən və özünü tək [görmürsən]. Sən özünü o [yerdə] görürsən. Və [sən] gördüyün şey [olursan]». Deməli, “sahəyə” düşmüş ruh, həmin sahəyə “çevrilir”. Yəni O, təkcə sahəni dərk etmək qabiliyyətinə yox, ilkin materiya kimi yaratmaq qüdrətinə də sahib olur. Əgər təbiətdəki bütün varlıqlar xüsusi planla yaradılmamışdırsa, “sahəni dərk etmiş” hər şeyi istədiyi kimi yaratmaq qüdrətinə sahib olur.

Bütün bunlar o deməkdir ki, firon Amon “sahəni dərk edərək”, qurban vasitəsi ilə göydəki Buddanı (Adəmi) yaratmışdır. Aydındır ki, qurban mərasiminin əsası – heyvanın ruhudur ki, bədəndən çıxandan sonra o, magik proseslər (mantra və rituallar) vasitəsi ilə efirdə, yəni ilkin materiyada toplanır və prosesin sahibinin təsəvvüründə tutduğu formanı alır. Deməli, Kuru/Kor/Qor sahələri, səbəblər səbəbi olan ilkin materiyadır. Məhz burada “döyüş” baş verir ki, bunun nəticəsində göydə - bütün günahlardan, bədbəxtlikdən uzaq ruhlar dünyası, Brahman dünyası yaranır. Bu dünyaya çatmaq isə əbədi xoşbəxtlik sayılır (45). A. Ç. Bxaktivedanta Svami yazır ki, «Kurukşetra döyüş sahəsi – müqəddəs torpaqdır. Burada Allah, insanları həqiqət yoluna çəkmək üçün yerə enmişdir» (46). Buradan isə belə nəticə çıxarmaq olar ki, “Kurukşetra döyüş sahələri” – “Yer və Göyün təməl Evi” olan Eridu məbədindən başlanır və “başı göylərə çatır”.

Mən qeyd etdim ki, D. Rohla görə, Eridu məbədi Babilin müqəddəs məhəlləsində yerləşirdi ki, məhz bura eyni zamanda Asuristan, yəni Asar (Osiris/Azər) Allahının ölkəsi, dünyası adlanmağa başladı. Əhdi-Ətiqdə isə Babil eyni zamanda Xaldeya adlanır (47). Xalda Allahı Urartu dövlətinin, onun şahının himayədarı və müharibə Allahı hesab olunur. Urartu Allahları siyahısında, Xalda qapıları və Xalda qapılarının Allahlarının adı çəkilir (48). Deməli, Xalda qapıları elə “Allahın qapısı” mənasını verən Babil qapılarıdır. Lakin Xalda [XLD] rəmzi eyni zamanda Xelat [XLT] rəmzidir ki, II Nəsir əd-din Məhəmməd Sökmən burada özünü Şahi-Ərmən, yəni Ra-Amon Allahı elan etmişdir. Bu isə o deməkdir ki, Buddanın göy dünyası, firon Amon tərəfindən məhz Xelatda yaradılmışdır.

Hind mənbələrində firon Amonun [MN] adı - insanların mifik əcdadı, xüsusi kosmik inkişaf dövrünün rəhbəri, müdrik Manu [MN] kimi də yazılır. Bxaqavad-Qitada, Şru Krişna Allahı bildirir ki, elmi insanlara, onların əcdadı Manu vermişdir: “Mən bu əbədi yoqa elmini günəş Allahı olan Vivasvana, Vivasvan onu insanların əcdadı olan Manuya, Manu isə öz növbəsində İkşvakuya verdi” (49). İkşvaku rəmzi dünyanın sonuna aiddir ki, bu zaman gələn sonuncu Budda da İkşvaku (Kiş-Vek), yəni Oğuz bəgi olmalıdır.

İnduizmdə firon Amonun adı Atman kimi də yazılır ki, bu da Ata-Amon (Ata-Əman) mənasındadır. Mənbələrə görə, Atman bütün canlıların şahı və hökmdarıdır. Ondan Göy sahələri, sahələrdən – külək, küləkdən – od, oddan – su, sudan – torpaq, torpaqdan – otlar, otlardan – qida, qidadan isə insan yaranmışdır. Məhz o özünü Pracapati, yəni Ptah Allahı adlandırıb hər şeyi yaratmışdır. O - təkcə başlanğıc yox, bütün varlıqların əsasıdır, substansiyadır. Onunla Göy, Yer və hava sahələri, ağıl və bütün nəfəslər toxunmuşdur. Atman bütün mövcud olanları düzmüşdür və hər şey atmanın təzahürüdür. Onun ali qüdrəti çox obrazlılıqla açılır. Dünyaya daxil olmuş od, hər obrazla eyniləşdiyi kimi, vahid atman da bütün varlıqlarda, [onlardan] kənarda qalaraq hər obrazla eyniləşdirilir. Atman eyni zamanda hər şeyin sonudur: «Bütün dünyaları yaradandan sonra çoban [onları] zamanın sonunda bükür». Yanar oddan minlərlə qığılcım çıxdığı kimi, məhv olmayandan müxtəlif varlıqlar yaranır və ona da qayıdır. Ölüm – atmanla birləşməkdir. Atman ağıl, nitq və nəfəsdən ibarətdir. Hökmran olan Atman hər şeyi bütün zamanlara bölüşdürür. Atman – «həm bu dünyanı və həm də o biri dünyanı və bütün varlıqları birləşdirən «daxili hökmran»ın ipidir”  (50). Bu o deməkdir ki, induizm – Şumerin Eridu-Xelat şəhərində, Budda Sakyamunin Ra-Amon Allahına çevrilməsinin inancıdır. Budda bəginin şahlar nəsli də, Ermənistanın sahibləri olan Xelat atabəglərinin nəslidir.

Hindlilərin yoq sistemində, sufilərin bəglik, yəni bəqa (baka) ekstatik səviyyəsi «bxakti», «bxava» [BX-V] adlanır və burada sözün kökü olan bxa [BX] - bəg/bəqa [BG/BQ] mənasındadır. Bütün yoqların ən ali səviyyəsi bxakti-yoqadır. Digər yoqa sistemləri bxakti-yoqanın bxakti səviyyəsinə çatması üçün vasitədir (51). Bxakti [BX-KT]  rəmzi – bex-kuti, yəni bəg-xuda [BG-XD] kimi izah olunur ki, buradakı kuti/xuda rəmzi Allah mənasındadır. Deməli, Hind mənbələrində, bəqa səviyyəsinə yüksəlmiş seçilmiş bəglər – “bxakti” adlanır. Bu sistemdə Vibxu [V-BX] rəmzi “Böyük Allah” deməkdir. Əgər nəzərə alsaq ki, Vibxu rəmzi Ba-Bəg mənasındadır, razılaşarıq ki, bu rəmz altında – Bəqa fazasında Allaha çevrilmiş firon Amonun Ba ruhu nəzərdə tutulur. İslamda Ba-Bəg rəmzi Ba-Allah, yəni Billah (Vallah) kimi məlumdur.

Bxaqavad-Qitada Allah qeyd edir ki, pak və sədaqətlə Allaha qulluq edən bxakta, yəni bəg - «tezliklə möminə çevrilir və əbədi dinclik tapır. Ey Kunti oğlu, cəsarətlə hər kəsə elan et ki, Mənim bxaktam heç vaxt ölməyəcək» (52). Mənbələrdə Allah, Arcunaya – “Kunti oğlu” kimi müraciət edir. Hind mifologiyasında Kunti həm ölkənin adı və həm də Kunti şahının götürülmə qızının adıdır. Qeyd etmək istərdim ki, Arcun (Arqun/Arkun/Ərkün) rəmzi, Kunti (Kün-Ata) rəmzi kimi Gelarküni (Gel-Arkün), yəni Gel-Arcun rəmzindən yaranmışdır. Arcuna - Pandunun Küntidən olan oğludur. Pandu – Bxarat qardaşlarının, yəni «Maxabxarata» qəhrəmanlarının atalarının adıdır. Buna görə də onlar Pandava adlandırılırlar. Əgər Pandu adı qədim Misirin Punt ölkəsinə aiddirsə, Bxarat adı tacqoyan Baqarat nəslinə aiddir.

Bxaqavad-Qitada Arcuna, axirətdə gələrək, Bəqa-Bxuta səviyyəsinə yüksəlib, Allahın bütün sirlərini açacaq axırıncı Budda kimi göstərilir. Kitabda Allah, sevimlisi Arcunaya deyir: «Mən bu gün sənə Allahla münasibətlərin qədim elmini xəbər verəcəyəm, çünki sən Mənim bxaktam, Mənim dostumsan və ona görə də bu biliyin transendental sirrini dərk edə bilərsən» (53). Bxaqavad-Gita kitabına görə, Allahın sirrini adi ölümlü insan dərk edə bilməz, çünki bu elm onun bədənində olan ağıl üçün dərkedilməzdir: «Duyğu, ağıl və idrak – ehtirasın sığınacağıdır. Onlar vasitəsi ilə ehtiraslar canlı varlığın həqiqi biliyini pərdələyir və onu yanlışlığa sürükləyir» (54). Allahın, öz sirlərini oğluna açması qədim Misir himnlərinin birində də qeyd olunur: «Sənin oğlundan başqa özünü dərk etmiş başqası yoxdur… (çarı)… Sən öz oğluna, öz qabaqcadan verilmiş göstərişini və öz qüdrətini verirsən» (55). Deməli, Bxarat nəslindən olan Arcuna Böyük sirləri dərk edərək Allahdan güc və qüdrət alacaq obrazdır.

Bxarat rəmzi erməni və gürcü mənbələrində Baqarat kimi yazılır və “Bəg-Arta” kimi açılır ki, Arta rəmzi mənbələrdəki Aratta (Urartu/Ararat) və Eridu rəmzi isə eynidir. Məlumdur ki, indiki Azərbaycan ərazisində qədimdə Aratta dövləti olmuşdur ki, bu şəhər Enmerkar Allahı ilə bağlı bağlıdır. Əgər nəzərə alsaq ki, Arat/Atra/Atar/Adər rəmzləri Azər rəmzinin variantlarıdır, razılaşarıq ki, Baqarat rəmzi Azəri bəgi deməkdir. M. Xorenatsiyə görə, İsa peyğəmbərin xaçının da qorunduğu Allah Evinin gözətçiləri məhz Baqarat nəslidir. M. Xorenatsi, tac qoyan Baqarat nəslini tərifləyərkən qeyd edir ki, şah sarayını məhz qədim şah toxumu olan Baqarat nəslinin ərləri gözləyir. Sonra o, “qədim şah toxumu” deyərkən nəyi nəzərdə tutduğunu açıqlayır. Xorenatsiyə görə, bu nəsil marlar (midiyalılar) şahı Əjdahanın (İlan) törəmələridir və Sisaka, yəni Sak nəslidir. Xorenatsi yazır: “Yuxarıda qeyd olunan, yəhudilərdən olmuş Baqarata, şaha əvvəldən fədakar köməyə görə, sadiqlik və şücaətə görə təşəkkür kimi yuxarıda qeyd olunan nəslin ev hökmdarı şərəfinə layiq gördü, şahın başına tac qoymaq səlahiyyətini ona verdi, onu tacqoyan və Aspet tituluna layiq gördü. Və ona sarayda və şahın hüzur yerində – başında, qızıl və qiymətli daş-qaş olmayan, mirvarinin üç sapından kiçik sarğı gəzdirməyə məsləhət bildi” (56). Bu o deməkdir ki, şahın evini, tac qoyan Baqarat nəsli idarə edir. Faktiki olaraq burada söhbət, bütün dinlərinin tək Allahının yerdəki mülkünün idarəsində gedir ki, məhz Baqarat, yəni Aratta bəgləri M. Xorenatsiyə görə “Şahın dincliyini” gözləyir.

“Dincliyi” gözləmək rəmzi, yuxuya getmiş, yəni göydə ölümsüzlük qazanmış Buddanın (Sak-Amonun) cisminin yerləşdiyi mülkü gözləmək mənasındadır. Bu rəmzi başa düşmək üçün Budda ilə eyni obrazda olan, kosmik ölçülü Məhəmməd peyğəmbərlə bağlı bir rəvayəti yada salmaq kifayətdir. Xristian mətnlərdən olan”Yanıçarın yazıları”nda qeyd olunur ki,  Məhəmməd peyğəmbər ölənə yaxın öz ardıcıllarını yanına çağırıb bildirmişdi ki, “Mənə dəfn təşkil edin və Mən dirilənə qədər yanımda olun”. Deməli, Şahın dincliyi axirətə qədər çəkir və o axirətdə “oyanacaqdır”. Burada Şahın “oyanması” dedikdə isə axirətdə gələcək Buddanın, Sak-Amonun rolunda olması mənasındadır. Yəni, məhz O, Sak-Amon kimi “gözəl tabutda yatacaq ki, sonradan yuxudan oyanıb Feniks quşu kimi Göyə uçsun”. Beləliklə, ən qədim dövrdə olduğu kimi Ra-Amonun yaranışı təkrarlanacaq və yeni Allah yaranacaq. Bxaqavad-Gitada Allah Arcunaya deyir ki, «Sən qədimdən Allahın yarısı hesab edilirsən. Biz səninlə çoxlu-çoxlu doğumlardan keçmişik. Mən onların hamısını xatırlayıram, sən isə, ey düşmənlərin qənimi, onları xatırlaya bilməzsən!» (57). Deməli, Arcuna obrazı axirətdə gələcək Buddanın obrazıdır və o yatmış Allahın yerdəki bədəni mənasındadır. Onun ölümü də Buddanın yenidən doğumu deməkdir.

Mənbələrdə Buddaya - Bxaqavan kimi müraciət edirlər ki, bu da Allah mənasındadır (58). Mənbələrdə bu rəmz əsasən Şri Krişna Allahına aid edilir və o Ali İlahi Şəxsiyyət, yəni İnsan-Allah mənasındadır. Bxaqavan rəmzi Bxa, yəni Bəg və Qavan [QVN] rəmzindən yaranmışdır ki, bu rəmz digər mənbələrdə Qavaon [QVN] və Aqvan [QVN] kimi də qeyd olunur. Yəhudi yazılarına görə, Qavaon şəhəri Vəhy çadırının qurbangahla birlikdə yerləşdiyi şəhərdir (59). Vəhy çadırı, yəni Skiniya dedikdə isə, Musa peyğəmbərin göydən gətirdiyi İlahi oddan yaranmış ruhlar dünyası nəzərdə tutulur ki, Skiniya [SKN] rəmzi mənbələrdə Sisakan [SSKN] kimi yazılır və Albaniyanın Sisaka nəslinə aid edilir. M. Xorenatsiyə görə, Ormuzdun qurbangahda olan bu sönməz odu Baqavan şəhərində yerləşir. Baq rəmzinin bəg, van rəmzinin isə Alvan/Alban rəmzi ilə eyni mənada olmasını nəzərə alsaq, razılaşarıq ki, bu bəglər şəhəri Albaniyada yerləşməlidir.

Aqvan rəmzi də mənbələrdə Albaniyanın digər adı kimi məlumdur ki, bu ölkə Xorenatsiyə görə, axirətdə Sisaka (Sak), yəni Gelarküni nəslindən bir nəfərə əbədi veriləcəkdir. Bxaqavan (Bəg-Aqvan) sözünün Allah mənasında olması isə o deməkdir ki, buddist yazılarında məhz Albaniya bəgləri Allah kimi qəbul edilmişlər.

Gelarküni rəmzi gürcü mənbələrində Klarceti kimi qeyd olunur və bu rəmz sufizmdə «Gilar-Kuta» mənasında Gelar bəglərinin Kutilər (Xuda) nəslinin törəmələri olması deməkdir. Sumbat Davitisdze bildirir ki, Aşot Baqrationi Şavşeti və Klarcetidə məskən salandan sonra orada həyat canlanır. O, «Kuxi» ləqəbini aldıqdan sonra Şavşetidə Tbet kilsəsini tikir, «və müqəddəs ruhun əmrinə əsasən orada baş keşiş müqəddəs Stepanı qoyur» (60). Kuxi ləqəbi yuxarıda qeyd etdiyimiz qədim Misirin Xek, yəni Haq rəmzidir  və Allah mənasındadır. Aşot Baqrationinin Kuxi ləqəbini aldıqdan sonra, yəni Haqqa, Allaha çevrildikdən sonra Tbet kilsəsini tikməsi, onun T-Bet, yəni Atalar (Teo/Dea -Allahlar) üçün göydəki Beyti (Evi) tikməsi mənasındadır. Canaşianın yazdığına görə, qədim zamanlarda Tao-Klarceti Gürcüstanın maarif, incəsənət mərkəzi olmuşdur və onu «Gürcülərin Sinayı» adlandırmışlar. Məlumdur ki, Sinay dağı Allahın dağı adlanır və bu dağda Allah Musa peyğəmbərə görünmüşdir. Klarceti, yəni Gelarküni rəmzi də digər yerdə Gelati adlanır ki, bura mənbələrdə İmereti, yəni marlar torpağı kimi qeyd edilir. Lakin İmereti [MRT] rəmzi qədim mənbələrdəki Martu [MR-T] rəmzidir ki, bu və eyni mənalı Ta-Meri [T-MR] rəmzi kimi qədim Misir ölkəsini bildirir. Yazılanlara görə, İmeretidə kafedral cam, monastr olmuşdur və məlumdur ki, gürcü çarlarının da qəbirləri Gelatidə yerləşmişdir (61). Gürcü rəmzinin Qor rəmzindən yaranmasını nəzərə alsaq, razılaşarıq ki, Qor fironlarının qəbirstanlığı məhz «Gürcülərin Sinayı» olan Gelatda, yəni Klarceti - Gelarkünidədir.

Gelati rəmzi, əvvəldə qeyd etdiyim Xelat mənasındadır ki, Şah-Ərmən II Nəsir əd-din Məhəmməd Sökmən, atabəg Cahan Pəhləvanın qızı ilə evlənəndən sonra bura (Xilat/Xelat), Azərbaycan atabəglər ailəsinin malikanəsinə çevrilmişdi. Gürcü mənbələrinə görə, bu atabəglik Samsxe-Klarcetidə (Gelarkünidə) olmuşdur (62). Atabəg rəmzi gürcü mənbələrində saatabaqo kimi yazılır ki, bu seyid-bəg deməkdir. Deməli, Gelati, Gelarküni və Klarceti eyni ərazinin müxtəlif adlarıdır və bu rəmzlərin əsas kökü da Gel rəmzidir. Gel rəmzi isə bütün qədim mənbələrdə Allahla və onun obrazları ilə əlaqələndirilir.

Yazdıqlarımızdan belə çıxır ki, mənbələrdə gürcülərə də aid edilən Baqarat nəsli qədim misirlilərin Qor fironlarının atabəglər nəslidir və Bxaqavan, yəni Bəg-Aqvan deyəndə də tək Allah mənasında olan Albaniya Bəgi nəzərdə tutulmalıdır. Bxaqavad-Gitada “Bxaqavan” rəmzi “Şri” rəmzinə aid edilərək “Şri Bxaqavan” kimi yazılır və Ali Varlıq, Mütləq Həqiqət mənasında Şəxsiyyət Allah deməkdir. Alban mənbələrində Şri Bxaqavan rəmzi “Qavan Şri” mənasında Cavanşir kimi yazılır. «Şərqin şahzadəsi» adlandırılan Cavanşir haqqındakı oxşamada deyilir ki, onun çox gözəl obrazından Tiveriad kövhəzi və Livan dağları ləzzət alırdı. Bu isə o deməkdir ki, Cavanşirin obrazı Livan dağı ilə bağlıdır. Şərqin şahı Cavanşirin Sisakan şahzadəsinin qızını alması və xəlifin ona Sisakan-Süniki (Gel-Gelarküni) verməsi, Şərq rəmzinin bilavasitə bu ərazi ilə bağlılığına işarədir (63).

Əhdi-Ətiqdə Misir və Assur ölkəsi - Livandakı sidr ağacı adlandırılır. Kökü böyük dərya sularında olan bu ağacı sonsuzluq ucaltmışdı (64). Deməli, Livandakı sidr ağacı dedikdə, ağac rəmzində Midiya göylərində yaradılmış Alban (Laban) ölkəsi təsəvvür olunmalıdır. Sufizmdə də Livan və Alban rəmzləri eyni mənalı rəmzlərdir. Tarixçi M. Xorenatsi Albaniyanı Alu adlandırır və bildirir ki, bu ölkə böyük, adlı-sanlı tayfa olan Sisaka (Saxu), yəni Gelarküni nəslinə vərəsəliklə verilmişdir (65). Alu rəmzi El, yəni göydəki dünya, vilayət mənasındadır və Orxon-Yenisey yazılarına görə bu Eli, göydə Allah yaratmış türk xanı əmələ gətirmişdir.  

Məşhur sufi Mühiddin ibn Ərəbi, Livan dağını İlya peyğəmbərlə bağlayır ki, İliya [L] rəmzi də sufizmdə Alu [L] rəmzi ilə eynidir. İbn Ərəbi “Füsus ül Hikəm” kitabında yazır: «İlya – İdris idi ki, Nuha qədər peyğəmbər olmuşdu, Allah onu yüksək yerə ucaltmışdı: O Göy  kürəsini mərkəzində, Günəş kürəsində dincəlir... Bax, bu İdris olan İlyaya elə gəldi ki, Livan dağı (bu dağın adı  “lubana” sözündəndir və “tələbat” deməkdir), bütün orqanları oddan olan odlu ayğırdan qopdu. Bunu görəndə o, ayğırı yəhərlədi, onda olan üsyani ehtiraslar onu tərk etdi: o ehtirassız ağıla çevrildi, çünki artıq ruhun tamahkar məqsədindən ayrılmışdı. Allah onda təmizlənmiş halda oldu – o zaman onda Allah haqqındakı biliyin yarısı var idi. Çünki ağıl özündən başqa, hər şeydən yayınanda və yalnız öz düşüncələrindən qaynaqlananda, o Allahı bənzətmədə yox, təmizlənmiş halda tanıyır. Əgər Allah ona öz təzahüründə bilik verirsə, onun Allah haqqındakı biliyi həyata keçir: O onu birində təmizləyəcək, digərində bənzədəcək, Allahın təbii və elementar formalarındakı axmasını görəcək: bu zaman o istənilən formada Allahın təzahürünü, həmin formanın təzahürü kimi görəcək. Allahın göndərdiyi və gətirilən qanunlar haqqındakı bilik tam halda belədir, bu biliklər təxəyyülün bütün gücü ilə bərqərar olmuşdur” (66). Bu mətndə, axirətdə gələcək İliya peyğəmbərin, öləndən sonra ruhunun Allaha çevrilməsi qeyd olunur. Əhdi-Ətiqə görə də atəşdən (oddan) olan at arabası göydən burulğanla gəlib İlyanı göyə aparacaq (67). Deməli, İlya rəmzi axirətdə ölümsüzlük qazanaraq Allaha çevriləcək Mehdinin - Buddanın obrazıdır.

Şumer, Mesopotamiya mənbələrdə İlya, El rəmzləri - İl-Amurru, El-Amurru kimi yazılır və amoreylərin, yəni midiyalıların Allahı hesab olunur. Tədqiqatçı Devid Rol “İtirilmiş Əhd” kitabında qeyd edir ki, mənbələrdə “İl-Amurru” kimi də yazılan Əhdi-Ətiqdəki El Allahı, patriarxal dövrdə təbii olaraq Xarrandan olan Ay Allahı Sin ilə eyniləşdirilirdi. Ay rəmzi isə bildiyimiz kimi İslamın rəmzidir. “İslam” [SLM] rəmzi isə Tövratda “Səlim” [SLM] şəhərinin adı kimi yazılır və El rəmzi də bu şəhərin Allahı hesab olunur. İslamda El-Amurru rəmzi Əli-Əmir (Əli –Əmir əl möminin) kimi məlumdur. Məhəmməd peyğəmbərin kürəkəni sayılan imam Əli, Şah İsmail Xətainin “Divan”ında Allah kimi qeyd olunur. Burada öz əksini tapmış Qızılbaş nəzəriyyəsinə görə, Hz. Məhəmməd yalnız peyğəmbərdirsə, imam Əli «Allah həqiqətinin təzahürüdür» («məzhər-i həqq»dir) (68). İmam Əlini Allah kimi qəbul edən batini şiələri isə mənbələrdə “Əhli-Haq” (Əli-Allahilər) adlandırılırlar ki, bu da onların - qədim Misir şahının, yəni mənbələrdə Xeka/Kuxi və s. kimi yazılan Haqqın əhli, xalqı olması deməkdir və s.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Budda Sakyamuninin obrazı bütün dinlərin tək Allahının obrazıdır. Bu tək Allahın vətəni də indiki Azərbaycandır ki, onun ərazisində Budda, yəni kosmik Adəm yaradılmışdır. Sakyamuni Buddanın nəsli isə Sisaka-Gelarküni bxaktiləri, yəni Gelar bəgləridir. Məhz bu Azəri (Xəzər) türk bəgləri Allahın gizli sirlərini dərk etmək qabiliyyətindədirlər. Onlar “qədim şah toxumu” olduğu üçün, bütün ölkələrin şahlarının da tacını qoymaq hüququ onlara verilmişdir. Bütün bunlar haqda daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

 

Ədəbiyyat

 

 1. Платон, «Политик», 269 С

 2. У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh. 143

 3. Б. А. Тураев, “История Древнего Востока”, Л. 1935. cild 2, səh. 225

 4. Библия, Быт., 2:1-3

 5. С. Г. Хук, “Мифология Ближнего Востока”, М., 1991, səh. 62

 6. «История древнего востока», cild I, М., 1983, səh. 168

 7. Библия, Втор., 4:32

 8. Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 441

 9. "История древнего востока", М. 1988, cild 2, səh. 380

 10. Ибн Араби, “Геммы мудрости”, böl. 1

 11. Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh. 284

 12. Г. М. Бонгард-Левин, Г. Ф. Ильин, «Индия в древности», М., 1985, səh. 563

 13. «Сказки и повести Древнего Египта», Л., 1979, səh. 9

 14. Фирдовси, “Шаhнамə”, Б., 1987, səh. 33

 15. Коран, 13:2; 20:5

 16. Дж. Фрезер, "Золотая ветвь", М., 1986, səh.147

 17. Ем. Ярославский, «Как родятся, живут и умирают Боги», М., 1941, səh. 83, 86

 18. Р. Шакуров, «Азиз-Ад-Дин Насафи и его трактат «Зубдат ал-хакаик», М., «Наука», 1989, сайт: http://www.upelsinka.com/Russian/text_zubdat.htm

 19. Ямвлих Халкидский, «О египетских мистериях»

 20. Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon-Yenisey abidələri”, B.,1993, səh. 104

 21. «История Древнего Востока», М., 1988, cild 2, səh.338

 22. «Книга Мертвых», böl. 1, 117

 23. Г. М. Бонгард-Левин, Г. Ф. Ильин, «Индия в древности», М., 1985, səh.404

 24. К. Гандзакеци, «История Армении», М., 1976, səh. 282

 25. «Историческая география Азербайджана», Б., 1987, səh. 95

 26. Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991, səh. 215

 27. М. Хоренаци, «История Армении», kit. II, böl. 8

 28. Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991,səh. 228, 433

 29. М. Хоренаци, «История Армении», kit. II, böl. 8

 30. История Иранского государства и культуры. М., 1971, səh. 305

 31. «Махабхарата», О Бхишме, Побоище Палицами, Ашхабад., Ылым, 1981, səh. 238

 32. М. Хоренаци, «История Армении», kit. I, böl. 5

 33. Г. М. Бонгард-Левин, Г. Ф. Ильин, «Индия в древности», М., 1985, səh. 309

 34. М. Хоренаци, «История Армении», kit. II, böl. 8

 35. А. Даврижеци, “Книга историй”, М., 1973, böl. 24

 36. Древний Восток – 2, М., 1980, səh. 92

 37. «Махабхарата», Бхагавад-Гита, Ашхабад, Ылым, 1978, səh. 287

 38. Г. М. Бонгард-Левин, Г. Ф. Ильин, «Индия в древности», М., 1985, səh. 303, 206, 357

 39. И. М. Дьяконов, «История Мидии от древнейших времен до конца IV в. до н.э.», М.-Л., 1956, səh. 277

 40. Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.150

 41. Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 441

 42. Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 408

 43. Д. Рол, «Утраченный Завет», сайт: http://lib.rus.ec/b/328508/read

 44. «Махабхарата», Бхагавад-Гита, Ашхабад, Ылым, 1978, səh. 299

 45. «Упанишады», М., 2000, səh. 252

 46. А. Ч. Бхактиведанта Свами, «Бхагавад-Гита, Как она есть», М., 1990, səh. 50

 47. Библия, Иер.25:12, Иез.12:13

 48. «Хрестоматия по истории Древнего Востока», М., 1980, səh. 302

 49. «Бхагавад-Гита», böl. 4, mətn 1

 50. А. Н. Чанышев, “Курс лекций по древней философии”, М., 1981, səh. 66, 67

 51. А. Ч. Бхактиведанта Свами, «Бхагавад-Гита, Как она есть», М., 1990, səh. 346

 52. «Бхагавад-Гита», böl. 9, mətn 31

 53. «Бхагавад-Гита», böl. 4, mətn 3

 54. «Бхагавад-Гита», böl. 3, mətn 40

 55. Г. Франкфорт, Г. А. Франкфорт, Дж. Уилсон, Т. Якобсен, “В преддверии философии”, М., 1984, səh. 84

 56. М. Хоренаци, «История Армении», kit. II, böl. 7

 57. «Бхагавад-Гита», böl. 4, mətn 5

 58. А. Ч. Бхактиведанта Свами, «Бхагавад-Гита, Как она есть», М., 1990, səh. 17

 59. Библия, 3Цар. 3:4-14

 60. С. Давитис-дзе, «История и повествование о Багратонианах царях наших грузинских», Сайт: http://www.matiane.com/tokarski.htm

 61. К. Гандзакеци, «История Армении», М. 1976, səh. 234

 62. С. Давитис-дзе, «История и повествование о Багратонианах царях наших грузинских», böl.2, Сайт: http://www.matiane.com/tokarski.htm

 63. М. Каланкатуаци, «История страны Алуанк», 2/28, сайт: http://www.vehi.net/istoriya/armenia/kagantv/

 64. Библия, Иезек. 31:3-9

 65. М. Хоренаци, «История Армении», kit. II, böl. 8

 66. Ибн Араби, “Геммы мудрости”, böl. 22

 67. Библия, 4Цар. 2:11

 68. O. Əfəndiyev, «Azərbaycan Səfəvilər dövləti», B., 1993, səh.47

 

 

                                                            Firudin Gilar Bəg

                                                            www.gilarbeg.com

                                                            gilar@mail.ru