Biz – zəncir vuran müdriklərik

Bildiyimiz kimi məhərrəmliyin əsas proseslərindən biri də zəncir vurma prosesidir və bu gün insanların demək olar ki əksəriyyəti bunu cəhalət göstəricisi sayır. Dini qurumlarımız bu prosesə arzuolunmaz hərəkət kimi icazə verməsələr də, ölkəmizdə hələ də zəncir vuranlara rast gəlinir. Digər müsəlman ölkələrində də bu mərasim keçirilir ki, orada şiələrin bu hərəkətlərinə müdaxilə yoxdur və onlar Pakistandan ərəb ölkələrinə qədər hər yerdə bu hərəkətləri davam etdirirlər. Bəs elm və texnikanın inkişaf etdiyi bu dövrdə şiələr nəyə görə öz ayinlərinə son vermirlər. Bu suala cavab vermək üçün bu ayinləri bu günə qədər gətirib çıxarmış şiəliyin nə olduğunu və haradan başladığını araşdırmaq lazımdır. z ayinlərinə son vermirlər. Bu suala cavab vermək

Zahiri İslamda şiəlik peyğəmbərimizin kürəkəni imam Əli ilə bağlı olsa da, Batini İslamda bu daha qədimlərə, dəqiq desək Şumerə gedib çıxır. Qurana görə ilk şiələr Nuh və yəhudilərin patriarxı olan İbrahim peyğəmbər olmuşlar (Quran, 37:83). Nuh gəmidən Azərbaycanda, yəni Ağrı (Ararat) dağında enmişdir. Deməli, şiəlik də Azərbaycan ərazisi ilə bağlı olmalıdır. İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenə görə, çoxlu İran mənşəli texniki terminlərin mövcudluğu, şiə ezoterizminin İranda, müsəlmanlığın bura gəlişindən əvvəl olması deməkdir. Belə çıxır ki, şiəlik indiki Ərəbistandan deyil, qəbul edilmiş dövrdən minilliklər əvvəl İran ərazisindən başlanır. Bunu mənbələr də təsdiq edir. Bu haqda mən çoxlu məqalələr yazmışam və burada təkrarı mənasız hesab edirəm (“Həqiqi İslam Şumerdən başlanır” məqaləm, sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1212).

“Batini-Quran” kitabımda və məqalələrimdə mən göstərmişəm ki, mənbələrə görə Allah iki növ insan yaradıb və bunun da ilkini, qədim Misirin Asar/Osiris (Azər) Allahının nəslidir. Adi insanları isə bu Allahlar nəsli öz əlləri ilə “duluzçu dəzgahında” yaratmışdır (sayt: http://gilarbey.blogspot.com/2013/03/allah-turklri-nlar-is-insan-yaratdlar_5.html). Misir mənbələrində ölümsüz Osiris Allahının nəsli “Saxu” kimi, Assur mənbələrində Üşşakku şahlar nəsli kimi, erməni mənbələrində isə Sisaka nəsli kimi qeyd olunur ki, biz bunları sak (şak) kimi tanıyırıq. Rəvayətə görə, saklar nəsli Heraklın yarıilan, yarıqadın Yexidnadan törəmiş şahlar nəslidir və Hind mənbələrinə görə, Buddizm məhz bu şahlar nəslinin xüsusi elmidir ki, onu yalnız şahlar nəsli dərk edə bilər. Bu Allahlar nəslinin adi insanlardan fərqi ondadır ki, onlar, sufilərin “Hu” adlandırdığı ilkin materiya ilə vəhdət təşkil edirlər. İlkin materiyanı biz mənbələrdən İlahi od, dirilik suyu və s. kimi tanıyırıq. İslamda bu vəhdət “Vəhdət əl Vücud”, “İttihad əl Ləhut, bin nəsut” və s. kimi qeyd olunur və bu da insanla İlahi mahiyyətin, yəni Allahın vəhdəti, birləşməsi deməkdir. İslamda Allahla vəhdət təşkil edən insanlar - müqəddəslər, vəlilər nəsli hesab olunur ki, bu mələklər nəsli insanla Allah arasında vasitəçi rolunu oynayır. İslam bu insanları sufi müdrikləri kimi təqdim edir və onlarda möcüzələr göstərmək qabiliyyəti olmuşdur. Məşhur sufi alimi Mühiddin ibn Ərəbi bu insanları Məhəmməd peyğəmbərin nəsli kimi göstərir və sufizmdə Məhəmməd peyğəmbər kosmik İnsan-Allah mənasındadır.

Qədim Misir yazılarında Məhəmməd peyğəmbərin obrazı - Atum, Maat, Asar, Ra-Amon və s. kimi qeyd olunurdu ki, bu Allahların ruhu - Şu (Allahı) adlanırdı. Məhz Şu adını yəhudilər Yeşua, xritianlar İsa, müsəlmanlar isə Şiə adlandırmağa başladılar. Mühiddin ibn Ərəbi də şiəliklə xristianlığın eyni kökdən olmasını xüsusi vurğulamışdır və mən bu haqda məqalələrimdə yazmışam. Qədim Misir mətnlərinə görə, Misir fironu, yəni pir Amon göydə qurban ruhlarından Ra günəş diski yaradır. Özü fiziki öləndən sonra, onun  ruhu göyə qalxaraq bu Ra diski ilə birləşir və bu vəhdətdən göydə Ra-Amon Allahı yaranır. Quranda Ra-Amonun göydə yaranışı - Rəhmanın ərşə yüksəlməsi və Günəşi, Ayı özünə tabe etməsi kimi qeyd olunur. Şumerlilər Ra-Amon Allahının ən uca ad olan Asar/Osiris adlandırdılar ki, biz bu adı Azər/Aşşur kimi də tanıyırıq. Deməli, Şiə dedikdə, göyə Ra-Amon və ya Asar adlanan Allahın Şu ruhunu özündə daşıyan müqəddəs təsəvvür olunmalıdır. Biz Asar/Osiris Allahının bu pirlər (firon) nəslini Azəri pirləri olan seyid, bəg, şıx və s. kimi tanıyırıq.

Qədim Misir rəvayətinə görə, ilk yaradılmış Osiris (Asar) Allahı axirətdə ölür və oğlu Qor gəlib onu yenidən dirildir. Osirisin ölüb-dirilməsi hadisəsinin səhnələşdirilmiş ayini qədim Misirdən, Şumerdən başlayaraq bütün dünyaya yayılmışdı. Digər mənbələrdə, səhnələşdirilmiş bu ayin - Dionis, Attis, Kibela, Adonis, İsa və s. Allahların ölüb-dirilməsi kimi qeyd olunur. Mən, “Aşura haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə bu haqda geniş yazmışam (bax. http://gilarbey.blogspot.com/2013/03/asura-haqqnda-aglasgmaz-hqiqtlr.html). Deməli, şiələrin zəncir vurma hərəkətləri də adi insanın yox, Ra-Amon və ya Asar/Aşşur/Azər adlanan Allahın ölümüdür. Aşura da Aşşur, yəni Asar/Osiris deməkdir. Bu Allahın yerdəki törəmələri isə Azəri pirlərinin şiələr nəsli olan seyid, bəg, şıx və s. müqəddəsləri nəslidir. Asar/Azər Allahının ölümü ilə, Azəri müqəddəsləri də, onları bəşəriyyətdə hamıdan üstün edən qüdrətini itirdilər və onlar adi insana çevrildilər. Misal üçün təkcə onu qeyd etmək kifayət edər ki, bu gün Mir Mövsüm Ağa kimi tanıdığımız mömin, sağlığında sözlə insanların arzularını həyata keçirə bilirdi və bu gün də minlərlə həmvətənlilərimiz onun qəbrinin üstünə gedib, nəzir verirlər. Lakin onun nəslindən olan digər seyid-bəglər isə möcüzələr göstərə bilmir. Deməli, Aşura – Azəri müqəddəslər nəslinin, ona hakimiyyət üçün verilmiş qüdrətinin itməsinin mərasimidir. Adi insanlara bunların aidiyyəti yoxdur. Çünki onlar hökmranlar, müqəddəslər nəsli kimi yaranmamışlar və heç nə də itirməmişlər. Müqəddəslər nəsli üçün isə bu çox ağır dərddir. Çünki bu, dünyaya 5200 il hökmranlıq etmiş insanların adi insana çevrilməsi deməkdir.

Mən kitab və məqalələrimdə göstərmişəm ki, bütün dünyanın sahibləri Azəri türk bəgləri olmuşlar. Avropada onları Odin (Azər/Ezir) Allahının şahlar nəsli kimi tanıyırlar ki, mənbələrdə “Quş dili” bilən bu padişahlar nəsli – Qulyardlar, yəni Gel oğulları kimi qeyd olunurlar. 12 Azəri (Ezir) müqəddəsi sayılan bu nəslin törəmələri 18-ci əsrə qədər bütün Avropada şahlıq etmişlər. Yalnız bu zamandan sonra onlarla qarışıqlar meydana gəlmişlər ki, bununla da onlar həm “Quş dili”ni və həm də İlahi qüdrətlərini itirmişlər.

Aşura mərasimi Avropada İsanın ölüb-dirilməsi kimi qalmışdır ki, bu da yeni il ərəfəsində təntənəli surətdə keçirilir. Deməli, bu gün Azərbaycanda cahillik göstəricisi sayılan zəncir vurma hərəkətləri - Azəriləri hamıdan qüdrətli edən Asar/Osiris Allahının ölümünün yas mərasimidir. Ra-Amon Allah bu ölümü əvvəlcədən Lövhi-Məhfuzda yazdığı üçün, bunun baş verəcəyi hamıya əvvəlcədən məlum idi və o zamanlardan bu törən keçirilməyə başlamışdı. Qədim mənbələrdə Osiris Allahının ölümü rəmzi olaraq Zevsin vətərinin kəsilməsi kimi qeyd olunur ki, bundan sonra o dünyanı idarə edə bilmir. İslamda bu obraz, “Əbəlfəzin qollarının düşməsi” kimi məlumdur. Axirət ərəfəsində haqq-ədalətin itməsi də məhz Azər Allahının, yəni Ra-Amon Allahının öz qürdətini itirməsi mənasındadır. Bu gün bütün dünyada baş verən haqsızlıqlar onu göstərir ki, bəşəriyyətə hökmran kimi yaradılmış Azər/Asar Allahı artıq ölmüşdür.

Azər Allahının ölməsi Əhdi-Ətiqdə Lazarın (El-Azər) ölməsi kimi qeyd edilir. Rəvayətdə, İsa peyğəmbər gələrək üç gün əvvəl ölmüş Lazarı dirildir. Xristian mənbələrindən olan “Yanıçarın yazılarında” isə ölüb-dirilən Allah kimi Məhəmməd peyğəmbər göstərilir. İslamda Məhəmməd peyğəmbərin yerinə imam Əli keçir ki, bu da axirətdən sonra Allah hakimiyyətinin İmam Əli şiələrindən bir nəfərə verilməsi mənasındadır. Əgər nəzərə alsaq ki, qədimdə Aşura mərasimində əsas zəncir vuranlar imam Əlinin ifrat şiələri olmuşlar, qəbul edərik ki, Allah ruhunu daşıyanlar məhz bu batini şiələridir və biz onları Gel, Gelati-Şiə kimi tanıyırıq. Mənbələrdə məhz bu batinilər, qədim sirləri bilən sufilər nəsli kimi tanınır.

Sufilər Allahı öz yarı, sevgilisi, dostu kimi qəbul edirlər. Batin elmində “Allah Adəmin qabırğasından Həvvanı yaratdı” dedikdə, adi qadınlar yox, məhz sufi pirləri nəzərdə tutulur. Adi insanlar sufizmdə “danışan heyvan” kimi qəbul edilir və digər canlılara bərabər tutularaq, yazılarda qeyd olunmağa layiq görülmürlər. Möcüzələr göstərmək qüdrətinə sahib olan sufi pirləri, yerdə Rəhman Allahın yarısı, arvadı rəmzindədirlər. Məhz bu kişi-qadın münasibəti rəmzinə görə, Allah yerdəki yarısına (yarına) öz enerjisindən, yəni dirilik suyundan verir və seyid-pirlər bunun hesabına möcüzələr göstərmək qüdrətinə sahib olurdular.

Bu gün qədim sirlərdən xəbərsiz insanlar, Azər Allahının obrazı olan Koroğlu haqqında xoşagəlməz fikirlər söyləyirlər. Koroğlu, dirilik suyunda yuyunmuş, əlində göydən gəlmiş Misri qılınc tutumuş qəhrəmandır. Onun mindiyi at isə dənizdən çıxan atla adi atın cütləşməsindən əmələ gəlmişdir. Sirləri bilməyən insanlar təbii ki, bunları dərk edə bilməzlər. Sufilər üçün isə bu çox dərin mənalara malik rəmzdir. Bunlar, Koroğlu obrazının ölümsüz olması, onun insanların canlarını alan, bəşəriyyətə hakimlik edən və onu idarə edən Allah obrazında olması deməkdir. Koroğlu rəmzi – sufizmdə “Qor Oğlu” kimi açılır ki, bu da Herakl rəmzi kimi “Qor-İlahi”, yəni qədim Misirin Qor Allahı mənasındadır. Qor Allahı isə elə Ra-Amon, yəni Rəhman Allahdır.

Rəvayətdə Koroğlunun döyüşçüləri “dəli” adlandırılır ki, bu rəmz də sufilərə aiddir. Sufizmin tərikə yolunu gedən mürid, Fəna fazasına (fəna fiş-şeyx) qədəm qoyduqda, kamil iradəsi (iradat) və məhəbbətinə (eşq) görə ustadına, yəni Allaha tam cəzb olunur. O, (sufinin ruhu) Allahla iradələrinin (istəklərinin) birləşməsinə görə Allahın varlığında yox olur və hər yerdə ancaq onu görür. Sufilərdə sevgili dedikdə - Allahı, Məhəmməd peyğəmbəri sevmək, onlara böyük hörmət başa düşülür. Sufilərin çoxu özlərini «sevgili» (mühibb, aşiq) və ya «yar», «dost» adlandırırdılar. Ustada, yəni Allaha bu qeyri iradi sevgi – sufilərdə İlahi vergi sayılan ürəklə («dəl») bağlıdır. Sufiliyin bu məqamında məhəbbətin gücü o dərəcədə vacibdir ki, ustad çox vaxt «ürək dostu» («sahibdil», «əhli-dil») və s. adlandırılır. Dəl rəmzindən yaranmış “dəli” sözü Əl Əndəlusinin lüğətində «məcnun» kimi tərcümə olunmuşdur. Qəbul olunmuş məntiqə görə, qədim mənbələrdə məcnun - «cinlərlə əlaqəyə girmiş», yəni magiya ilə məşğul olanlara deyilirdi. Daha sonralar «Allaha səyahət» edən bütün maqlar məcnun adlanmağa başladı. Deməli, Koroğlunu dəliləri elə tərikə yolunu getmiş sufilərdir ki, Quranda onlar Səf-Səf duran mələklər ordusu kimi qeyd olunur və mən “Allahın Şərqdəki türk ordusu” adlı məqaləmdə bu haqda geniş məlumat vermişəm (sayt: http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1244). Bu isə o deməkdir ki, rəvayətlərdəki Koroğlu – Tək Allah, onun dəliləri isə mənbələrdə Allahlar, padişahlar və peyğəmbərlər nəsli kimi qeyd olunan sufi pirləridir. Koroğlunun öz müqəddəsləri ilə münasibəti də, Tək Allahla möminin münasibəti kimi, rəmzi olaraq kişi-qadın münasibətinə bərabər qəbul edilir.

Bütün bunlar o deməkdir ki, zəncir vuran şiələr Allahın sevimli xalqı olan Azər övladlarıdır. Qədim yəhudilərdə, yəni Xəzər (Azər) türk bəglərində bu sufilər - “levit”, İslamda isə “Əl-Beyt” (Əhli-Beyt) adlanırlar. Sufilər, Əhli-Beyt, yəni “Ev Əhli” dedikdə adi möminləri yox, “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü nəzərdə tutulur ki, bu da peyğəmbərin ailəsi mənasındadır. Məşhur sufi Əl-Əşari, qədim sirləri bilən bu Ev əhlini - “Danışan Quran” kimi, yəni Qurandakı biliklərin, onların ürəyində olması kimi xarakterizə edir (Абу аль-Хасан аль-Аш‘ари, “Разъяснение основ вероисповедания”, böl. 6,  http://d1.islamhouse.com/data/ru/ih_books/single/ru_Ibana_in_asul_diyana.pdf). Deməli, Əl-Beyt rəmzi - ailə qohumluğu yox, Quranın batini mənasını bilən və peyğəmbər Evinə aid olan bəglər mənasındadır. “Bxaqavad-Gita” kitabında bu bəglər – Bxakti, yəni Bəg-Xuda kimi qeyd olunurlar və burada Allah açıq elan edir ki, yalnız “Mənim bxaktilərim” məni lazımi dərəcədə dərk edə bilərlər və mənim təbiətimə çata bilərlər. Bu kitabda Allah bildirir ki, bxaktilər, öləndə möminə çevrilir və cənnətdə əbədi dinclik tapırlar (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 13/19; 9/31). Buradan isə belə nəticə çıxarmaq olar ki, Allah sevimli şiələrinə, adi insanlardan fərqli olaraq ölümsüzlük də vermişdir. Bu isə sufilərdə xoşbəxtlik deməkdir.

Mən, “Масонство - тайная организация ассасинов” adlı məqalədə göstərmişəm ki, bütün dünyanın şahları, hökmranları məhz ölümsüz Asar (Osiris) Allahının nəslidir və Allah bu batini şiələr nəsilini bəşəriyyətdən üstün yaratmış və onlara ölümsüzlük vermişdir (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1207). Bu gün zəncir vuran insanlar da məhz Allahın bu nəslinin dünyaya səpələnmiş törəmələridir. Bəşəriyyətdən üstün yaradılmış insanlar üçün, onlara xüsusi üstünlük verən Allahın ölməsi ən acı hadisə, bədbəxtlik deyilmi? İldə bir dəfə müqəddəslər nəsli, Allahın bu yaxşılıqlarına görə bədənlərinə əzab verəndə nə olacaq ki? İnsanın ən əzizi, valideyni öləndə onunçün yas tutur. İndi isə bütün Allahlar nəslinə və adi insanlara həyat vermiş Tək Allah olan Ra-Amon Allahı ölmüşdür. Onunçün başqa cür necə yas tutula bilərdi? Adi insanlar üçün bunun fərqi olmaya da bilər. Lakin biz, batini-ismaili şiələri üçün bu çox ağır dərddir. Bu, biz seyid-bəglərin cəddinin, peyğəmbərinin ölümü deməkdir ki, bundan sonra biz “Ya Cəddim” deyib peyğəmbərimizdən köməklik görə bilməyəcəyik.

Mənim, zəncir vurmanı cəhalət sayan insanlara heç bir iradım yoxdur. Biz sufiləri, başqalarının fikri heç vaxt maraqlandırmamışdır. Biz Allahımızla münasibətimizi öz ürəyimizdə qurmuşuq və bu Ər-arvad münasibəti rəmzində namus məsələsidir. Namuslu arvad, Allah kimi Ərin yasını ən yüksək səviyyədə keçirməlidir. Kimin bu haqda nə düşünməsindən asılı olmayaraq. Biz - zəncir vuran müdriklərik.

                                                                    Firudin Gilar Bəg

                                                                    www.gilarbeg.com