MƏQALƏLƏRİM


Muğam – peyğəmbərin «merac» məqamıdır

     Görkəmli musiqişünas Ramiz Zöhrabov, özünün «Muğam» kitabında muğam tarixinə nəzər salmaqla, insanlarda onun haqqında geniş təsəvvür yaratmağa nail olmuşdur. Onun kitabında fikrimi cəlb edən əsas fakt isə Ramiz Zöhrabovun, ən qədim muğam olan Rast haqqında, XVII əsr musiqi nəzəriyyəçisi Dərviş Əlidən gətirdiyi sitatdır. Dərviş Əlinin yazdığına görə Rast – «Adəmin dövründən bizə gəlib çatmış və hər şeydən əlini üzmüş ən birinci insanın cənnət haqqında naləsini təşkil edir».  

Novruz bayramının sirləri

    Müqəddəs elimizin ən sevimli bayramı Novruz bayramıdır. Bu gün Novruz bayramı yazın gəlişi, təbiətin oyanması, torpağın canlanması və s. hadisələrlə əlaqələndirilsə də, mənbələrdə bu bayram mistik hadisələrlə əlaqələndirilir. Son dövr araşdırıcılarının gəldiyi nəticəyə görə isə Novruz bayramı eyni zamanda Həzrəti Əlinin doğumu, onun taxta çıxdığı, cinlər diyarına göndərildiyi, Fatimə ilə evləndiyi və s. gündür. Bu gün, digər tərəfdən Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın Azərbaycanda taxta çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı, Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu gündür və s. Belə çıxır ki, Novruz bayramı bizə məlum olmayan sirli bayramdır və onu dərk etmək üçün araşdırmalar aparılmalıdır. 

İlk mason təşkilatı Azərbaycanda yaradılmışdır

    Mason təşkilatları haqqında bu günə qədər minlərlə məqalə və kitabların yazılmasına baxmayaraq, təşkilatın keçmişi və əsas mənbəyi hamı üçün qaranlıqdır. Biz bu qaranlığa işıq salmaq missiyasını öz üzərimizə götürərək masonluğun əsas ideyasının nə olduğunu hamı üçün açmaq qərarına gəldik. Təşkilatın ideyasının hamı üçün açılması, bu təşkilatın əsas prinsiplərindən olan “gizlilik” prinsipinin öz gücünü itirməsi deməkdir. Bu isə - qədim Misir yazılarında “İsidanın örpəyinin qaldırılması”, Quranda isə «Baldırların açılacağı o gün»lə (Quran, 68:42) bağlıdır. Bütün bunları dərk etmək üçün isə ən qədim sirləri bilmək vacibdir. Biz bu məqalələrimizdə masonluqla yanaşı dinlərin də bəzi qaranlıq hissələrini aydınlaşdıracağıq və bütün yazılı, şifahi ədəbiyyatın bir hadisənin izləri olduğunu sübut etməyə çalışacağıq. 

Ledun elminin əsasları

    Elmin böyük sürətlə inkişafı və mənbələrin geniş araşdırmaları nəticəsində, qədim zamanlarda baş vermiş hadisələr haqqındakı məlumatlar dəfələrlə artmışdır. Adi məntiqə görə məlumatların artması, qədim insanların həyatı və elmləri haqqında bilgilərimizin artmasına, sirlərin açılmasına gətirib çıxarmalı idi. Lakin tədqiqatların artması bu günə qədər bağlı qalmış qədim sirləri nəinki açmadı, əksinə bir-birinə zidd olan o qədər yeni suallar əmələ gəldi ki, dünya alimləri bu suallar qarşısında aciz qaldılar. Hazırda bəzi dünya alimləri ümumiyyətlə bütün tarixin yanlış olduğunu sübut edirlər. Tövratı araşdıran avropa alimləri isə, oradakı hadisələrin baş verməsinin qeyri-mümkünlüyü qənaətinə gəliblər. Bu isə o deməkdir ki, müqəddəs kitab hesab edilən Tövrat fantaziyadır. Əgər Tövrat fantaziyadırsa, o zaman onunla bağlı olan İncil, Quran və s. kitabların da yanlış olub-olmaması sualı ortaya çıxır. Bəs o zaman Herodot, Strabon və s. kimi tarixçilərin yazıları necə, onlar da fantaziyadırmı? Bu isə bütün qədim ədəbiyyatı şübhə altına alır. 

Bütün dinlər birdir

    Bu gün artıq heç kimə sirr deyil ki, Quran, Tövrat, İncil və s. müqəddəs kitablar, müasir insanların anlamadığı gizli informasiya daşıyır. Bu kitabların əsl mənası da məhz bu gizli informasiyadadır. Yəhudi, xristian, islam alimləri mənbələrdə bu ezoterik bilgi haqda geniş məlumatlar verirlər. Belə çıxır ki, biz həqiqi mənasını anlamadığımız yazılara sitayiş edirik. Bu isə bütpərəstlikdir. Deməli, biz bitpərəstlik dövründa yaşayırıq. Hər bir millətin, etnosun öz dini vardır, lakin onlar bu dinin nədən ibarət olması haqda demək olar ki heç nə bilmirlər. 

Axirətin batinilərdə elmi izahı

   Bu gün insanları düşündürən ən aktual mövzulardan biri də Axirət mövzusudur. Bu mövzu haqda danışmaq üçün, bu axırın əvvəlini, başlanğıcını bilmək vacibdir. Çünki istənilən bir nəticənin səbəbi olmalıdır. Başlanğıc və səbəb isə çox dərin kainat elmi ilə bağlıdır ki, qədimdə bu müdriklik elmi – sofi elmi kimi məlum idi və sonralar sufi elmi adlanmağa başladı. Müəllifi olduğum “Batini-Quran” kitabında mən bu müdriklik elminin ilkin materiyanın qanunları əsasında olmasını və onun mahiyyətini tam şəkildə açıb göstərmişəm. Deməli, dünyanın sonunu bilmək üçün, insanda onun yaranışı haqda təsəvvür olmalıdır. 

Peyğəmbərin Ayı bölməsinin batini izahı

   Qurana görə, qiyamət saatı yaxınlaşdıqda ay iki yerə bölünəcək. Lakin insanlar bu möcüzəni gördükdə üz döndərərək: “Bu, tez keçib-gedən bir sehirdir” deyəcəklər. Bu hadisə haqqında hədislərdə də məlumatlar verilir. Yazılanlara görə, müşriklərin on dörd nəfəri Həzrətin hüzuruna gəlib, onun peyğəmbərliyinin nişanəsini soruşurlar. Peyğəmbər də sübut kimi aya əmr edir ki, iki yerə bölünsün. Ay iki yerə bölünür. Sonra isə Peyğəmbərin əmri ilə ay əvvəlki halına gəlir. 

“Vəhdət əl Vücud” rəmzinin elmi izahı

   İslamın ən sirli rəmzlərindən biri “Vəhdət əl Vücut” rəmzidir. Bu rəmzi tam anlamaq üçün Allahın və onun dininin həqiqi mənasını, onların əsas mahiyətini bilmək vacibdir. Bunları isə bir məqalədə əhatə etmək qeyri-mümkündür. Müəllifi olduğum “Batini-Quran” kitabımda mən bütün bu sistemi tam açaraq hər bir rəmzə ayrıca geniş izah vermişəm. İnternetdəki məqalələrimdə də bu rəmzlər haqda məlumatlar vardır. Bu məqalədə isə İslam tarixində ilk dəfə olaraq Allah və onunla bağlı olan “Vəhdət əl Vücud” rəmzinin qısa elmi izahını verməyə çalışacam. 

Namazın və dəstamazın batini mənası

   İslamın vacib əməllərindən biri namaz sayılır. Bu gün namazı idman, sağlamlıq, təmizlik və s. əməllərlə əlaqələndirirlər və bu da namazın zahiri mənasına aid hesab olunmalıdır. Namazın gizli mənası isə çox mürəkkəb bir elmlə bağlıdır ki, islamda bu batin elmi adlanır. Bütün müqəddəs kitabların, o cümlədən Quranın da batini mənası vardır və bunlar ən qədimdə baş vermiş mistik bir hadisənin rəmzlə ifadəsidir. Mən “Batini-Quran” kitabında və məqalələrimdə bütün dinlərin bir olduğunu və onların bir hadisə ilə bağlı olduğunu sübut etmişəm. Ona görə də bu məqalədə gizli-batin elminin ümumi nəticələrini qeyd edəcəyəm. 

Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır

        

İslam qanunlarına riayət etmək, cənnətə getməyə əsas vermir!

Bu günkü İslam – cəhalət, bütpərəstlik, Batini İslam isə kamillik və ölümsüzlük deməkdir.

     Təəsüfləndirici haldır ki, dünyaya xaqanlar və müqəddəslər nəslinin törəmələri kimi gəlmiş türklər - cəhalət və ölümü, kamil insan kimi ölümsüzlük qazanmaqdan üstün tuturlar. 

Həqiqi İslam hansıdır?

       

Bu gün məlum olur ki, bu günkü İslam həqiqi İslam deyil, yalnız onun təqlididir. Həqiqi İslam – batini mənası çox dərin olan bir elmdir və onu bilməyən insan heç vaxt cənnətə düşməyəcək.

Türk, Türkiyə nə deməkdir? Ağlasığmaz həqiqətlər

     Oxuculara təqdim olunan bu məqalə türklər haqqında yazılmış ən kamil və ən dərin məqalədir. Çünki bu məqalə, mənbələrdə Misir və Xaldeya kahinləri, Midiya maqları və s. kimi adlandırılan qədim müdriklərin məntiqi ilə yazılmışdır və bu günə qədər sirr olan bir çox suallara cavab verir. Faktiki olaraq bu məqalə müəllifi olduğum “Batini-Quran” kitabından çıxan nəticələrdir. Adətən mənbələrdən xəbəri olmayan, lakin özünü bilən adam kimi göstərmək istəyən bəzi insanlar: “bu ola bilməz”, “bu yalandır” və s. sözlər deyərək, ekspert rolunda çıxış etməyə cəhd edirlər. Belə insanlara, mübahisəyə girməzdən əvvəl heç olmasa Əflatunun “Timey”, Mühiddin İbn Ərəbinin “Füsus ül Hikəm” və s. kimi kitabları vərəqləməyi məsləhət görərdim. Bu məqalə, riyazi məntiqli, mənbələrdən xəbəri olan və düşünmə qabiliyyətinə malik insanlar üçün yazılmışdır. Fəlsəfi mənbələrə müraciət etməmiş insanlar bu məqalədən heç nə anlamayacaqlar.                                                                                                  Müəllifdən