MƏQALƏLƏRİM


Allah - türkləri, оnlar isə insanı yaratdılar

Son dövrün elmi araşdırmaları sübut etmişdir ki, bu gün qəbul olunmuş qədim tarix səhvdir və biz keçmiş haqqında demək olar ki heç nə bilmirik. Ümumiyyətlə, əski dövr haqda fikir irəli sürməzdən əvvəl o dövrün məntiqini araşdırıb başa düşmək vacibdir. Firdovsi «Şahnamə»sində yazır: «Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan. Ağılla oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər». Kitabında divlərdən, möcüzələrdən yazan Firdovsinin belə yazması onu göstərir ki, qədim həqiqətlər rəmzlərlə yazılmışdır və onları dərk etmək üçün rəmzləri açmaq lazımdır.vr  

İslam – Allahla müqavilədir

Bu gün müsəlman dedikdə İslam dininə iman gətirmiş və bu dinin qanunlarına əməl edən möminlər nəzərdə tutulur. Lakin ən qədim mənbələrdə müsəlman, İslam, din rəmzləri bizim bu gün başa düşdüyümüz mənadan daha dərin mənada olmuşdur. Bu rəmzlər insanın bu və o biri dünyadakı gələcək həyatı ilə əlaqədar Allahla bağlanan müqavilə mənasında işlənmişdir.  

Qaib imam Mehdi - danışan Qurandır

Dövri mətbuatdakı məqalələrimizdə biz yazdıq ki, Allah «dünya»nı yaratdığı zaman ilk əvvəl kosmik insan simasında olan Adəm obrazlı türkləri (Azəri-Osman nəsli) yaratmışdır. Onlar isə Allahın göstərişinə əsasən indiki düşünən insanları (Homo sapiens), yəni adi yer əhlini yaratmışlar. İlk yaranmış Azəri-Osman türkləri - ilkin materiyanın qəlibdəki məhlula «axması» ilə (İslamda «fayd» rəmzi) yaranmışlar və onların sayı 120000 olmuşdur. İslamın 124000 peyğəmbərləri də məhz bu nəhəng türklərdir ki, buradakı əlavə 4000 peyğəmbər yaranışdan sonrakı dövrlərdə dünyaya gəlmişlər. Mənbələrdə qamərlər (kimmir), yəni qam ərləri adlandırılan bu Allahqüdrətli varlıqlar göydə ruhlar dünyası yaratdıqdan sonra eyni vaxtda o dünyaya «köçmüş» və əzraillərə çevrilmişlər. Türklərin bu «köçmüş» nəsli İslamda «mühacirlər», onların yerdə qalan qolu isə «ənsarilər» adlanır.  

İmam Mehdi – Osman şahlarının nəslindəndır

Bu gün bütün dünyanın mömin insanları axirətin və zamanın sahibinin gəlməsini gözləyirlər. Bu gəlişi dərk etmək ücün hər şeydən əvvəl qədim yazıların gizli mənalarını başa düşmək vacibdir. Çünki, bütün qədim yazılar rəmzlərlə yazılmışdır və onları yalnız rəmzləri oxuya bilənlər, yəni Quranda “anlayan qövm”, “anlayan tayfa” adlandırılan müjdəçilər nəslinin nümayəndəsi aça bilər.  

Süleymanın qızıl məbədgahı Azərbaycandadır

Qədim dünyanın ən sirli abidələrindən biri, yerinin bu günə qədər təyin edilmədiyi Süleyman peyğəmbərin qızıldan tikdiyi 62 metrlik qüllə sayılır.
Yəhudilərin Talmud kitabı yazır ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi ev Moria torpağındadır və məhz bu yerdə İbrahim peyğəmbər İsağın qollarını bağlamış və burada Nuh gəmidən düşüb qurban kəsmişdir. Adəm də burada yaradılandan sonra qurban kəsmiş və o məhz bu torpaqdan yaranmışdır («Talmud», V cild, S. Peterburq, 1903, səh.3). Məlumdur ki, Nuh gəmidən məhz Ararat, yəni Ağrı dağında düşmüşdür (düşməlidir!) və bu ərazidə Moria torpağı dedikdə marların, yəni Midiya maqlarının torpağı nəzərdə tutulur. Bu o deməkdir ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi ev məhz Azərbaycan ərazisində olmalıdır.
 

Aşura haqqında əsl həqiqətlər

İmam Buhari bildirir ki, Məhəmməd peyğəmbərin dediyinə görə, bir zamanlar Allah yer üzündən biliciləri aparacaq və bir nəfər də olsun “xəbərdar” qalmayacaq və bu zaman insanlar özlərinə dinin sirlərini bilməyən insanları başçı seçəcəklər. Onlara sual verəndə onlar bilmədikləri şeylər haqqında qərar verəcəklər və nəticədə özləri yolu azacaq və başqalarını da yanlış yola sövq edəcəklər.  

Novruz – Dünyanın yaranışı bayramıdır

Müqəddəs elimizin ən sevimli bayramı olan Novruz bayramı bu gün yaz bayramı kimi qəbul olunsa da, bu bayram haqda həqiqətlər hələ də açılmamışdır. Son dövr araşdırıcılarının gəldiyi nəticəyə görə Novruz bayramı eyni zamanda Həzrəti Əlinin doğumu, taxta çıxdığı və Fatimə ilə evləndiyi gündür. O digər tərəfdən Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın Azərbaycanda taxta çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı və Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu gündür (sayt: http://www.sarigelin1.com/Az/QonaqShairler/HSherghi/HSherghi_1.html). Belə çıxır ki, Novruz bayramı İslam dini ilə də bağlıdır.  

“Şahnamə” – türk bəglərinin tərcümyi-halıdır!

Dünya mədəniyyəti incilərinin şah əsərlərindən biri də dahi Firdivsinin “Şahnamə” əsəridir. Bu əsər adından da göründüyü kimi, qədim dövrün padişahlarına həsr edilmişdir. Lakin bu gün “məlum” olur ki, sən demə padişahlar nəslinin hamısı fars imiş və Firdovsinin kitabı da bilavasitə onlara aiddir. İndi özünü fars, ari (aryai) adlandıran bir toplumun mənasını dərk etmədiyi bir əsəri özününküləşdirməsi, sərçənin qartal sinfinə aid olmasını iddia etməsi kimi bir şeydir.
“Şahnamə” əsərini dərk etmək üçün hər şeydən əvvəl bu kitabın məntiqini başa düşmək lazımdır. Kitabın əvvəlində Firdovsi yazır: “Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan. Ağılla oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər”. Bu o deməkdir ki, “Şahnamə” əsəri rəmzlərlə yazılmış əsərdir və onu başa düşmək üçün rəmzlər elmini, yəni dünyanın ilk dili olan sufiliyi bilmək vacibdir.
 

Axirət haqqında həqiqətlər

Bu gün insanları düşündürən ən aktual mövzulardan biri Axirət mövzusudur. Bütün dinlərdə və bir çox qədim mənbələrdə yer alan bu mövzu haqqında çox məqalələr yazılmış, verilişlər və hətta kinolar çəkilmişdir. Buna baxmayaraq insanlar hələ də bu mövzunun mənasını dərk etməmişlər. Axirətin və ümumiyyətlə bütün qədim sirlərin, elmlərin düzgün başa düşülməməsi gətirib o yerə çıxarmışdır ki, həqiqi elmdən uzaq adamlar dini şou-biznesə çevirib, dərk etmədikləri şeylər haqqında fikirlər söyləyirlər. İndi artıq sadəcə ərəb dilini bilən və özünü ilahiyyatçı hesab edən Elşad Miri kimi cavanlar televiziya ekranlarında ekspert kimi çıxışlar edir, özlərini bu sahənin bilicisi kimi göstərirlər. Təkcə savadsızlığı ilə yox, eyni zamanda mədəniyyət və tərbiyəsinin kasadlığı ilə seçilən bu tip insanlar ekran qarşısında, ömürlərini elmə həsr etmiş yaşlı nəslin nümayəndələrini savadsızlıqda günahlandırır və onları təhqir etməkdən belə çəkinmirlər. Bu faktın özü onu göstərir ki, qədim yazılarda qeyd olunan Axirət zamanı həqiqətən yetişmişdir. Lakin bu axirətin nədə özünü büruzə verməsi, necə başlaması və s. proseslər hələ də qaranlıqdır.  

Bəşər tarixini Azəri türkləri yazmışlar

Elmi-texniki tərəqqi və elmi araşdırmalarla məşğul olan tədqiqatçıların çoxalması, indiyə qədər tədqiq olunmamış mənbələrin də araşdırılmasına gətirib çıxarmışdır. Lakin son dövrlərin bu tədqiqatları qəbul edilmiş konsepsiyanın səhv olması nəticəsini də ortaya qoymuşdur. Belə ki, təkcə rus akademiki A. T. Fomekonun gətirdiyi yüzlərlə sitatlara görə qəbul olunmuş tarix başdan ayağa səhvdir. Akademikin qeyd etdiyi mənbələrdə, misal üçün tarixi şəxsiyyət kimi qəbul edilmiş Batı xanın, knyaz Yaroslav ilə, İvan Kalita ilə eyniliyi, Çingiz xanın yenilməz Georgi ilə, onun isə Xızır peyğəmbərlə oxşarlığı göz qabağındadır. Azərbaycanla bağlı mənbələrə gəldikdə, burada Şah İsmail Xətainin, Babəkin və s. qəhrəmanların axirətdə gəlməli olan Mehdi obrazında göstərilməsi, bu obrazların gələcəklə bağlı olması mənasındadır. Digər tərəfdən, mənbələrdə Moskva şəhərinin Yerusəlimlə, onun isə İstanbulla, Məkkə şəhəri ilə eyniliyi, Xəzər dənizinin okeanın yanında qeyd olunması, midiyalıların, ermənilərin, almanların Afrikada yaşamaları, ağlasığmaz mistik hadisələrin, mifik obrazların şücaətləri və s. bu kimi minlərlə bənzər faktlardan çıxan nəticə odur ki, mənbələrdə yazılanlar həqiqətən də düzgün qəbul edilməmişdir. 
 
 

Allah haqqında sufi həqiqətləri

Allah haqqında yazı yazmaq bu dünyada hər bir insan üçün ən şərəfli işdir. Çünki insanı heyvan səviyyəsindən çıxarıb ona ağıl verən, onun həyatına məna verib onu uzun ömürlü edən və öləndən də sonra onun ruhunun minilliklər boyu göydə xoşbəxt yaşamasını təmin edən bir Varlığa insan oğlunun edə biləcəyi başqa bir şey yoxdur. Buna görə də əsrlər boyu bütün kamil yazarlar öz əsərlərini məhz dünyanın tək Allahına həsr etmişlər.  

Atlantida Azərbaycanda mövcud olmuşdur

Qədim dövrün sirli ölkələrindən biri də, ilk dəfə ən yüksək səviyyədə inkişaf etmiş Atlantida hesab edilir ki, bu haqda Əflatun, Herodot, Aristotel, Siciliyalı Diodor və s. müəlliflər yazmışlar. Bu yazılara görə Atlantida adasının yerinin dəqiq təyin edilməsi və onlar haqqında daha geniş məlumat almaq müasir məntiqlə qeyri mümkümdür. Lakin əgər biz qədim yazılara, onları tərtib edən müdriklərin öz məntiqləri ilə yanaşsaq, məlum olar ki, qədimdə baş verən hadisələr mənbələrdə çox geniş surətdə təsvir olunmuşdur və rəmzləri oxuya bilən insan üçün qədimlə bağlı sirr deyilən bir şey yoxdur.  

Qədim müdriklərin ilahi məntiqi (və ya “Allah Azərbaycandan ərşə yüksəlmişdir”)

   Elm-texnika inkişaf etdikcə insanlar reallığı tam qavradıqlarına inanır, qəbul olunmuş elmlərdən kənarda heç bir  elmin olmaması qənaətinə gəlirlər. Lakin son araşdırmalar onu göstərir ki, bizim qəbul etdiyimiz elm heç də bütün suallara cavab verə bilmir. Qədim yazılarda yazılanlar isə ümumiyyətlə düzgün dərk edilməmişdir. Bu gün insanlar, minilliklər boyu aksioma kimi qəbul edilmiş Əflatunun (Platon) və digər dahilərin fəlsəfəsinə səhv kimi baxır, onların dövründə elmlərin tam inkişaf etmədiyini əsas gətirirlər. Lakin elmlə dərindən məşğul olanlar bilirlər ki, bu günkü elmlər qədimdəki kamil elmin tör-töküntüləridir.  

Ölümdən sonra həyat?

   İnsan yaranandan bu günə qədər onu düşündürən əsas problemlərdən biri, onun ölümündən sonrakı vəziyyətidir. Son dövrün araşdırmaları və klinik ölüm keçirmiş insanların başına gələn hadisələrin təhlili onu göstərir ki, insan ruhu, bədənin fiziki ölümündən sonra da fəaliyyət göstərir. Müqəddəs yazıların da verdiyi məlumata görə, insan öləndə onun ruhu ölmür və göyə qalxaraq orada yaşayır. Lakin əgər biz bu haqda dəqiq məlumatlar əldə etmək istəyiriksə, mütləq qədim mənbələrdəki yazıları diqqətlə öyrənməliyik. Cünki bu yazılarda ölümlə bağlı məlumatlar daha geniş verilmişdir.