MƏQALƏLƏRİM


Axirətdə Azərbaycan

    

        Əhdi-Ətiqə görə, Axirətdə Allah Azərbaycanın yalançı din və elm adamlarını amansızcasına qıracaq.                                                                                       Firudin Gilar Bəg 

Azər – Rəhman Allahın Ali Məqamıdır

          Azərbaycan fəlsəfəsi

                   Ledun elminə görə Rəhman Allah Azərbaycandan ərşə yüksəlmiş və Ərdəbil yaxınlığındakı Alban dağının üstündə qərar tutmuşdur. Şumerlər, Alban göylərində ruhlar üçün “Dünya” yaratmış və Allaha çevrilərək burada ölümsüzlük qazanmış bu Şahı,  ən ali İlahi səviyyə olan Azər adı ilə adlandırmağa başladılar. Azər Allahın yerdəki törəmələri olan pir, bəg, seyid, şıxlar nəsli isə kadus, yəni müqəddəs adlandırıldı. Axirətə yaxın Azəri müqəddəsləri – pak dinləri olan “Batini-İslam”ı unudub, İslamın zahiri mənasını bütə çevirdilər və ona sitayiş etməyə başladılar. Allahla bağlı yazılanları təhrif etdiklərinə, həqiqət üzə çıxdıqda belə onu dandıqlarına və s. görə Allah, bəşəriyyətdən üstün yaratdığı bu sevimli övladlarını lənətlədi.