MƏQALƏLƏRİM
Allah - türkləri, оnlar isə insanı yaratdılar
Son dövrün elmi araşdırmaları sübut etmişdir ki, bu gün qəbul olunmuş qədim tarix səhvdir və biz keçmiş haqqında demək olar ki heç nə bilmirik. Ümumiyyətlə, əski dövr haqda fikir irəli sürməzdən əvvəl o dövrün məntiqini araşdırıb başa düşmək vacibdir. Firdovsi «Şahnamə»sində yazır: «Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan. Ağılla oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər». Kitabında divlərdən, möcüzələrdən yazan Firdovsinin belə yazması onu göstərir ki, qədim həqiqətlər rəmzlərlə yazılmışdır və onları dərk etmək üçün rəmzləri açmaq lazımdır.vrİslam – Allahla müqavilədir
Bu gün müsəlman dedikdə İslam dininə iman gətirmiş və bu dinin qanunlarına əməl edən möminlər nəzərdə tutulur. Lakin ən qədim mənbələrdə müsəlman, İslam, din rəmzləri bizim bu gün başa düşdüyümüz mənadan daha dərin mənada olmuşdur. Bu rəmzlər insanın bu və o biri dünyadakı gələcək həyatı ilə əlaqədar Allahla bağlanan müqavilə mənasında işlənmişdir.Qaib imam Mehdi - danışan Qurandır
Dövri mətbuatdakı məqalələrimizdə biz yazdıq ki, Allah «dünya»nı yaratdığı zaman ilk əvvəl kosmik insan simasında olan Adəm obrazlı türkləri (Azəri-Osman nəsli) yaratmışdır. Onlar isə Allahın göstərişinə əsasən indiki düşünən insanları (Homo sapiens), yəni adi yer əhlini yaratmışlar. İlk yaranmış Azəri-Osman türkləri - ilkin materiyanın qəlibdəki məhlula «axması» ilə (İslamda «fayd» rəmzi) yaranmışlar və onların sayı 120000 olmuşdur. İslamın 124000 peyğəmbərləri də məhz bu nəhəng türklərdir ki, buradakı əlavə 4000 peyğəmbər yaranışdan sonrakı dövrlərdə dünyaya gəlmişlər. Mənbələrdə qamərlər (kimmir), yəni qam ərləri adlandırılan bu Allahqüdrətli varlıqlar göydə ruhlar dünyası yaratdıqdan sonra eyni vaxtda o dünyaya «köçmüş» və əzraillərə çevrilmişlər. Türklərin bu «köçmüş» nəsli İslamda «mühacirlər», onların yerdə qalan qolu isə «ənsarilər» adlanır.İmam Mehdi – Osman şahlarının nəslindəndır
Bu gün bütün dünyanın mömin insanları axirətin və zamanın sahibinin gəlməsini gözləyirlər. Bu gəlişi dərk etmək ücün hər şeydən əvvəl qədim yazıların gizli mənalarını başa düşmək vacibdir. Çünki, bütün qədim yazılar rəmzlərlə yazılmışdır və onları yalnız rəmzləri oxuya bilənlər, yəni Quranda “anlayan qövm”, “anlayan tayfa” adlandırılan müjdəçilər nəslinin nümayəndəsi aça bilər.Süleymanın qızıl məbədgahı Azərbaycandadır
Qədim dünyanın ən sirli abidələrindən biri, yerinin bu günə qədər təyin edilmədiyi Süleyman peyğəmbərin qızıldan tikdiyi 62 metrlik qüllə sayılır.
Yəhudilərin Talmud kitabı yazır ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi ev Moria torpağındadır və məhz bu yerdə İbrahim peyğəmbər İsağın qollarını bağlamış və burada Nuh gəmidən düşüb qurban kəsmişdir. Adəm də burada yaradılandan sonra qurban kəsmiş və o məhz bu torpaqdan yaranmışdır («Talmud», V cild, S. Peterburq, 1903, səh.3). Məlumdur ki, Nuh gəmidən məhz Ararat, yəni Ağrı dağında düşmüşdür (düşməlidir!) və bu ərazidə Moria torpağı dedikdə marların, yəni Midiya maqlarının torpağı nəzərdə tutulur. Bu o deməkdir ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi ev məhz Azərbaycan ərazisində olmalıdır.
Aşura haqqında əsl həqiqətlər
İmam Buhari bildirir ki, Məhəmməd peyğəmbərin dediyinə görə, bir zamanlar Allah yer üzündən biliciləri aparacaq və bir nəfər də olsun “xəbərdar” qalmayacaq və bu zaman insanlar özlərinə dinin sirlərini bilməyən insanları başçı seçəcəklər. Onlara sual verəndə onlar bilmədikləri şeylər haqqında qərar verəcəklər və nəticədə özləri yolu azacaq və başqalarını da yanlış yola sövq edəcəklər.Novruz – Dünyanın yaranışı bayramıdır
Müqəddəs elimizin ən sevimli bayramı olan Novruz bayramı bu gün yaz bayramı kimi qəbul olunsa da, bu bayram haqda həqiqətlər hələ də açılmamışdır. Son dövr araşdırıcılarının gəldiyi nəticəyə görə Novruz bayramı eyni zamanda Həzrəti Əlinin doğumu, taxta çıxdığı və Fatimə ilə evləndiyi gündür. O digər tərəfdən Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın Azərbaycanda taxta çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı və Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu gündür (sayt: http://www.sarigelin1.com/Az/QonaqShairler/HSherghi/HSherghi_1.html). Belə çıxır ki, Novruz bayramı İslam dini ilə də bağlıdır.“Şahnamə” – türk bəglərinin tərcümyi-halıdır!
Dünya mədəniyyəti incilərinin şah əsərlərindən biri də dahi Firdivsinin “Şahnamə” əsəridir. Bu əsər adından da göründüyü kimi, qədim dövrün padişahlarına həsr edilmişdir. Lakin bu gün “məlum” olur ki, sən demə padişahlar nəslinin hamısı fars imiş və Firdovsinin kitabı da bilavasitə onlara aiddir. İndi özünü fars, ari (aryai) adlandıran bir toplumun mənasını dərk etmədiyi bir əsəri özününküləşdirməsi, sərçənin qartal sinfinə aid olmasını iddia etməsi kimi bir şeydir.
“Şahnamə” əsərini dərk etmək üçün hər şeydən əvvəl bu kitabın məntiqini başa düşmək lazımdır. Kitabın əvvəlində Firdovsi yazır: “Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan. Ağılla oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər”. Bu o deməkdir ki, “Şahnamə” əsəri rəmzlərlə yazılmış əsərdir və onu başa düşmək üçün rəmzlər elmini, yəni dünyanın ilk dili olan sufiliyi bilmək vacibdir.